Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2017
09:24
1403
Milli Şura mitinq qərarı verib

Demokratik Qüvvələrin Milli Şurası Bakıda mitinq keçirmək haqqında qərar verib. Mitinq aprelin 9-da keçirilməsi planlaşdırılır.

Bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.

Ə. Kərimli mitinqlə bağlı əlaqəli icra hakimiyyəti qurumlarına müraciət göndəriləcəyini deyib.

“Bu mitinq dinc xarakterli olacaq. Şəhər rəhbərliyi ilə razılaşdırılacaq. Heç bir zorakılığa imkan verilməyəcək. Biz bu prosesi davamlı olaraq dinc yolla aparmaq niyyətindəyik”, o, qeyd edib.

Əli Kərimli mitinqin əsas şüarlarını da açıqlayıb.

“Bu mitinq ölkədə geniş yayılmış korrupsiyaya qarşıdır. Azərbaycan dövlətinin varının talan edilməsinə, bu qədər varlı ikən xalqımızın yoxsul hala salınmasına qarşıdır. Bahalaşmaya, sülalə sisteminin formalaşdırmasına qarşıdır. Bu mitinq həmçinin, siyasi məhbusların azad edilməsi tələbi ilə keçiriləcək. Biz hesab edirik ki, azad düşüncəli insanlarımız, inanclı kəsim həbsdə olmamalıdır”, Əli Kərimli vurğulayıb.

O, xüsusi qeyd edib ki, bu aksiya seçki mitinqi olmayacaq.

“Bu mitinq ona görə keçirilmir ki, kimsə hansısa məqsədinə, vəzifəyə çatsın. Bu siyasi partiya çərçivəsində olan mitinq deyil. Bu ümummilli mənafelərimizdən ötrü keçirilən aksiyadır. Xalqın haqqı var ki, bu hökumətdən soruşsun: son 10 ildə ölkəyə 150 milyard neft pulu gəlmişkən, ölkəni necə idarə etdiniz ki, sadə xalq çörək dərdi çəkmək zorunda qalıb?...”, Əli Kərimli bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1124

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
312

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 22:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru