Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Mart

2017
22:08
Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 2 medal qazanıb

Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

İlk yarış günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.

Azərbaycan təmsilçiləri 1 qızıl, 1 bürünc medal qazanıblar. Avropa çempionu adını 65 kq çəkidəki Teymur Məmmədov qazanıb. Rusiya, Slovakiya, Ukrayna və İsveçrə pəhləvanları üzərində qələbədən sonra T.Məmmədov finala yüksəlib.

Həlledici görüşdə türkiyəli Haydar Yavuz zədəsini səbəb göstərərək, mübarizə aparmaqdan imtina edib. Bu səbəbdən Azərbaycan təmsilçisi qalib elan olunub.

Bürünc medalı 74 kq çəkidə yer alan İsmayıl Abdullayev əldə edib. İlk iki görüşündə isveçli və litvalı rəqiblərini üstələyən Abdullayev yarımfinalda fransalı pəhləvana yenilib. Lakin 3-cü yer uğrunda qarşılaşmada o, belaruslu Andrey Karpaçı 12:11 hesabı ilə yenib.

57 kq çəkidə yarışan Pərviz İbrahimov bürünc medal qarşılaşmasında ukraynalı Andrey Yatsenkoya uduzaraq, 5-ci yerlə kifayətlənib. 97 kq çəkidəki Pərviz Axundov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
146

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
305

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
146

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
175

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
275

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
385

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 21:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru