Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
20:17
Azərbaycanda “Honq Konq” virusuna yoluxanların sayı açıqlanıb

Ötən il Azərbaycanda “Honq Konq” virusuna yoluxanların sayı açıqlanıb.

V. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova bildirib ki, Azərbaycanda bu virusla bağlı 5 hal təsdiqlənib. Həmin xəstələr institutun xüsusi şöbəsinə daxil olub: “Orada həmin xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərilib. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində onların “Honkonq” virusuna yoluxduğu təsdiqlənib. Lakin bu virus epidemiya halına keçmədiyindən sıçrayış baş vermədi. Virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem yaratmadı”.

 

H. Qədirova əlavə edib ki, bütün dünyada ən çox xəstələnmə qrip və kəskin respirator virus infeksiyaları ilə bağlıdır. Onun sözlərinə görə, zamanla qrip infeksiyaları arasında mutasiya nəticəsində yeni qrip virusları - ştamplar yaranır: “Keçən ilin də yeni qrip virusu “Honq Konq” idi. Ancaq bir məqamı bilmək lazımdır ki, hər bir asqırma və ya öskürmə qrip demək deyil. Burada Adena, respirator virus və digər hallar ola bilər”. (APA)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 22:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com