Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
15:58
1785
Qarabağ əlili iki ildir kompensasiya ala bilmir

Qax rayonunun Qaxmuğal küçəsində yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili, prezident təqaüdçüsü İlqar Cəlilov məhkəmə qərarı ilə udduğu 62 min manatlıq kompensasiyanı “Azərişıq”dan ala bilmir.

FaktXəbər-in verdiyi məlumata görə, bununla bağlı “Qafqazinfo”ya şikayət edən İ. Cəlilov xatırladıb ki, 2015- ci ilin martın 3-də qeyd olunan ünvandakı evi yanıb. Buna səbəb isə istismar müddəti bitmiş transformatorlar olub. Belə ki, həmin transformatorların qoruyucuları çıxarılaraq satılıb və yerinə armatur vurulub. Nəticədə də həmin şəxsin evi tamamilə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də yanğının bu səbəbdən baş verdiyini təsdiqləyib. Baş vermiş hadisəyə görə Qax elektrik şəbəkəsinin müdiri Elxan Əlimov və idarənin mühəndisi Xəlil Bayramov işdən çıxarılıb. Bu yaxınlarda isə hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb və cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Zərərçəkmiş İlqar Cəlilov isə ona verilməli olan kompensasiyanın qaytarılması üçün ölkənin yüksək vəifəli bir neçə şəxsi ilə görüşüb. Ötən ilin sentyabr ayında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da onun lehinə qərar çıxarıb. “Azərişıq” ASC rəhbərliyi ilə də görüşən İ. Cəlilovun sözlərinə görə, ona kompensasiyanın veriləcəyini bildirsələr də, indiyə kimi bunu həyata keçirən yoxdur: “Elə hamı deyir ki, pulunu alacaqsan, beləcə yola verirlər, amma nəticə yoxdur, bir əlilə qarşı bu qədər haqsızlıq olarmı?”.

“Azərışıq” ASC-dən məsələ ilə bağlı verilən məlumata görə, 3 mart 2015-ci il tarixdə Cəlilovun mülkiyyətində olan evində elektrik qurğularının sıradan çıxması "Azərişıq" ASC-nin səlahiyyət vaxtında baş verməyib. “Azərışıq” ASC öz səlahətlərinin icrasına 2015-ci ilin aprel ayında, yəni şəbəkənin təhvil verilməsi anından sonra başlayıb. Məsələnin quruma aidiyyatı yoxdur. Problem “Azərenerji” ilə həll edilməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputatların da pensiyası artacaq

27

İyun
14:10
ÖLKƏ
1612

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

27

İyun
14:08
HÜQUQ,HADİSƏ
358

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3125

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3053

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1355

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
56

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
998
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 14:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru