Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
14:54
1478
Sürücü ilə yol polisi arasında mübahisə - VİDEO

Bakıda sürücü ilə yol polisi arasında növbəti qalmaqal baş verib. Polis yol hərəkəti qaydalarını pozduğunu iddia etdiyi sürücünü saxlayıb. Lakin polis əməkdaşı sürücüyə qayda pozuntusu faktını sübut edə bilməyib. Özünü sürücüyə təqdim edən polis əməkdaşı ona Hüseyn Cavid prospektində nəqliyyat vasitəsini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydasını pozduğunu bildirib. Sürücü isə yol polisindən qayda pozuntusunu izah etməyi tələb edib. Daha sonra sürücü belə bir qayda pozuntusuna yol vermədiyini, hadisənin görüntülərinin ona göstəriləməsini inadla yol polisi əməkdaşından tələb edib. Sürücü yol polisi əməkdaşının ona qayda pozuntusu faktını düzgün izah etmədiyini bildirib.

Ondan avtomobili tərk etməməsini tələb edən polisə etiraz edən sürücü "əmlak mənimdir, özüm bilərəm" dedikdə yol polisi ona belə cavab verib: "Post Patrul Xidmətinin əməkdaşları çağırılıb. Səsiniz yazılır. Xahiş edirəm, maşından düşməyin. Sənəd təqdim etmədiyiniz üçün şəxsiyyətiniz və hərəkətləriniz şübhə doğurur. Əllərinizi sükana qoyub gözləyin".

Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb. (Avtosfer)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
46

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
312

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
141

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
128

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 00:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru