Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Mart

2017
14:39
1034
6 tələbənin ölümünə səbəb olan sürücü 4 aylıq həbs edildi

Bakı-Sumqayıt şosesində 6 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb mikroavtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən bildirilib.

Belə ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

İdarədən, həmçinin bildirilib ki, hadisə zamanı yol kənarında dayanmış "ZİL" markalı yük maşınının sürücüsü Şəmistanlı Elvin Eldar oğlu istintaqa cəlb edilib.

Qeyd edək ki, "Ford" markalı mikroavtobus hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə ölüb, daha 20 tələbə yaralanıb. (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1859

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
354

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
706

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
319

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1019

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
233
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru