Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Mart

2017
13:05
2522
Pulsuz dərmanla təmin edilən hepatitli xəstələrin sayı açıqlandı

Ötən il Azərbaycanda B və C hepatit xəstəliklərindən əziyyət çəkən 1766 xəstəyə dövlət tərəfindən pulsuz dərman preparatı verilib.

FaktXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, bu, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat"ında qeyd edilib.

Hesabatda deyilir ki, B və C hepatit xəstəlikləri ilə mübarizə tədbirlərinin gücləndirilməsi, xəstələrin qeydiyyatının yaxşılaşdırılması, müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib.

B hepatit xəstəliyinə qarşı tətbiq edilmiş peyvənd nəticəsində xəstəlik halları 14 yaşına qədər uşaqlar arasında praktik olaraq, qeyd olunmur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru