Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Mart

2017
15:16
Azərbaycan Gürcüstandan dərman idxalını 9 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 2 mln. 096,3 min ABŞ dolları dəyərində 229,3 ton dərman preparatları ixrac edilib. Bu barədə “APA-Economics” Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 204 ton və ya 9,06 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 279,2 min dollar və ya 2,56 dəfə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 817,1 min dollar dəyərində 25,3 ton dərman ixrac edilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Memmedov Rovsen tərəfindən 23-03-2017 18:58:09 tarixində yazıldı
Iqtisadiyyat
Ayib olsun. Gurcustan bizim bir rayonumuz boydadi. Biz niye axi ordan derman aliriq. bu ne igtisadiyyatdi. ucruma gedirik. bir kibritide xaricden aliriq
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 04:10



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com