Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Mart

2017
14:18
İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...

«Ölkədə qiymətlərin qalxmasının obyektiv səbəbləri var. Bundan əlavə isə «yerli xüsusiyyət» kimi subyektiv səbəb də mövcuddur».

İqtisadçı - ekspert Natiq Cəfərli Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını AzadlıqRadiosuna dəyərləndirərkən belə deyib.

Ekspertə görə, bütün sivil dünyada bayram öncəsi qiymət endirimi baş verir. Azərbaycanda isə əksinə, qiymətləri qaldırırlar:

«Odur ki, bu bahalığın dolların məzənnəsi ilə bir elə əlaqəsi yoxdur. Bu, inhisarçıların bazara öz qiymətini diktə etməsi deməkdir».

Image result for bazarlarda qiymət artımı

N.Cəfərliyə görə, digər tərəfdən isə qış fəslindən sonra ölkə bazarlarında yeri məhsul azalır. İstehsal edilmiş məhsulu saxlamaqdan ötrü kifayət qədər anbarlar yaradılmayıb.

İqtisadçının fikrincə, idxal malları bazarda üstünlük təşkil edir və ona görə də qiymət artımı baş verir.

N.Cəfərli deyir ki, qiymətlərin endirilməsi yolları vardır və bundan hakimiyyət də istifadə etməyi bacarmalıdır: «Qiymət endirməyin yollarından biri rəqabətə dözümlü iqtisadi mühitin yaradılmasıdır. Bundan ötrü sahibkarların fəaliyyətinə maneələr aradan qaldırılmalıdır. Digər bir yol isə mövsümlə bağlı idxal mallarına tətbiq edilən gömrük və vergi rüsumlarının götürülməsidir. Bu zaman qiymətlərin aşağı düşməsi mümkün ola bilər».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15777

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14452

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15856

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15449

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20822

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15349

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15489
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 21:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru