Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2017
12:16
3233
Wi-Fi dövrünün sonu çatır

"Bloomberg" analitik agentliyi tərəfindən keçirilmiş sorğunun nəticəsinə görə, simsiz kommunikasiyalar sahəsində çalışan ekspertlərin əksəriyyəti "Wi-Fi" şəbəkəsinə ictimai giriş dövrünün sona yaxınlaşdığını düşünürlər.

FaktXəbər-in ICTnews-a istinadən verdiyi məlumata görə, açıq statistik məlumatlardan məlum olduğu kimi, indi mobil cihaz istifadəçilərinin 50%-i ictimai "Wi-Fi" hot-spotlarından istifadə edirlər. Ancaq ekspertlər əmindirlər ki, artıq yaxın gələcəkdə ictimai "Wi-Fi" nöqtələrindən istifadə edənlərin sayı 33% azalacaq.

Bu, yüksəksürətli mobil giriş, məsələn, "LTE" texnologiyasının populyarlaşması ilə izah edilir. Bundan başqa, mobil operatorlar tərəfindən limitsiz trafikə malik tarif planlarının istifadəyə verilməsi "Wi-Fi" dövrünün sonunu gətirəcək.

Həmçinin "LTE-Unlicensed" texnologiyası "Wi-Fi"-ı sıxışdıracaq. 2020-ci ilədək "LTE-U" standartının giriş nöqtələrinin sayı milyondan çox olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1732

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
146
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 21:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru