Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Əhaliyə bildiriş paylanılıb, mənə də gəlib. Tələb olunur ki, payıbəlli torpaq sahələrini əkək. Əks halda torpaq sahibi cərimə olunacaq və vergi alınacaq."
Astara rayon Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğlu belə deyir. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Vaqif Əhmədoğluya göndərdiyi bildirişdə yazılır:
"Vergi Məcəlləsi ”nə əsasənkənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrəistifadə olunmayan torpaqlar üzrə vergihər 100 kv metrə görə 2(iki) manat müəyyən olunmaqla hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.”
Həmin bildirişdə cərimələrin də tətbiq olunacağı barədə məlumat verilir:
"Əkin yerlərinin başqa məqsədlərdə istifadə edilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Özündə böyük cərimə məbləğini nəzərdə tutur. Bütün bunlarla yanaşı torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma, hətta cinayət məsuliyyətinə səbəb olur."
İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslərə 500 manat, vəzifəli şəxslərə isə 1000 manat cərimə nəzərdə tutulur.
Kəndlidən nə tələb olunur?
Bildirişin sonunda isə belə yazılır:
"Qeyd olunanları nəzərə alaraq mülkiyyətinizdə olan torpaq sahələrindən düzgün, səmərəli istifadə olunması, müxtəlif növ əkin aparılması və ərzaq bolluğuna töhfə verməyiniztələb olunur. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq barənizdə tədbirlər görüləcəkdir ” deyir ki, onun 50 sotdan çox payıbəlli torpağı var, lakin yerini bilmir:
"Dəfələrlə demişəm ki, mənə məxsus torpağın yerini göstərin, göstərmirlər. Torpaq mənə verilməyibsə mən onu necə əkə bilərəm?"
Onun deməsinə görə, bu bildirişlərdən sonra icarəyə verilən torpaqların qiyməti də ucuzlaşıb. İcarə torpaqların hər sotuna 5 manat verilirdisə, indi bu məbləğ 2 manata düşüb.
Rayonun digər sakini Akif Məmmədov isə deyir ki, payıbəlli torpağı var, lakin əlində ilkin vəsaiti olmadığına görə, əkib-becərə bilmir:
"Bizə qorxu gəlirlər, ya da torpaqlarımıza gözləri düşüb."
“İmkansız torpaq sahibləri müvafiq orqanlara müraciət ediblər ki, əkin yerlərinin şumlanmasından ötrü onlara köməklik edilsin. Onlara bildiriblər ki, borc edin ,yeri şumlayın, əkin, mayda sizə pul verəcəyik. Bu da inandırıcı deyil. Bu qədər tərəvəz əkdik, harada satacağıq? Əhali hər hansı tərəvəz növündən çox əkəndə, qiymət maya dəyərindən aşağı düşür, qalıb sahələrdə çürüyür. Sığorta da etmirlər. Tədarük məntəqələri olsa, tələbatımızı ödəyən bazar olsa, heç kimin göstərişi lazım olmayacaq. Bilərik ki, qazanc var, əkərik. Torpağım ot altındadır. Deyirlər ot olmaz. Mənə ot sərf edir, çünki bahadır. Bizə qorxu gəlirlər, ya da torpaqlarımıza gözləri düşüb.”
Torpaq sahibi Yazoğlan Əliyev isə bildirişləri doğru sayır. Onun fikrincə ələbaxımlıqdan əl çəkmək lazımdır:
“Öyrəşmişik ələbaxımlığa”
“4 ailəyik, 1 hektar torpağımız var. Həyətyanı sahədə hər növ kənd təsərrüfatı məhsulu əkirəm. Başqalarını deyə bilmərəm, mən qazancımı götürürəm. Deyirlər ki, əkmək üçün ilkin kapital lazımdır. Bu adam zavod, fabrik tikir? Mən 10 manatdan başlamışam. İndi əlimdə də kifayət qədər vəsaitim var, üstəlik başqalarına köməklik də edirəm. Mənə ağır gəlir ki, tərəvəzi də İrandan gətiririk. Özümüzə nə gəlib? Hamı qaçır sosial yardımın dalınca. Öyrəşmişik ələbaxımlığa. Demirəm, problemlər yoxdur. Problem var deyə torpaq boşuna qalmalıdır?”
Astara rayon İcra hakimiyyəti aparatından aldığımız məlumata görə, payıbəlli torpaq sahəsi olan, lakin əkin keçirtməyənlərin hamısına xəbərdarlıq edilib. Xəbərdarlıq effekt verir. Çəltik əkənlərin, sitrus bağı salanların sayı artıb. Verilən məlumata görə, rayonda hər il 3 min hektardan yuxarı əkinə yararlı torpaq sahəsi istifadəsiz qalır.
Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisi isə deyir ki,əkin yerlərini səmərəli istifadə etmək vacibdir .Lakin bunu inzibati qaydada etmək düzgün deyil:
"Düşüblər kasıb kəndlinin üstünə..."
“Sual edirəm, nə üçün 5-6 il bundan əvvəl kəndlilərdən torpaqların əkilməsini tələb etmirdilər? O vaxtları neftdən pul gəlirdi, veclərinə deyildi. Büdcədə problem yaranmırdı. İndi problemlər yaranıb, düşüblər kasıb kəndlinin üstünə. İstəyirlər ki, kəm-kəsirlərini onların hesabına doldursunlar. Hədə-qorxu ilə torpağı əkdirmək düzgün deyil. Elmi yanaşma lazımdır. Suvarma sistemi yarıtmaz haldadır. Toxumçuluq o səviyyədə deyil. Texnikaya tələbat ödənmir. Ölkədə enerji daşıyıcıları bahadır. Kəndlidə haradandır o vəsait ki, bu problemləri həll bilsin. Özümüzü aldatmayaq...”
Onun deməsinə görə, bazar olsa çətinliklərə baxmayaraq torpaqları əkərlər:
"Monopoliya imkan vermir..."
"Sovet dövründə cənub bölgəsinin rayonlarında əsasən tərəvəz əkilərdi. Tərəvəz məhsulları Rusiya bazarlarına çıxarılardı. Masallı, Lənkəran, Astara rayonlarında ümumilikdə 200 min tona yaxın tərəvəz məhsulu tədarük edilərdi. Təkcə Lənkəran rayonunda 30-dan çox kənd təsərrüfatı məhsulları emal edən sənaye müəssisəsi var idi. Bir sovxozda 300-400 ədəd kənd təsərrüfatı texnikası cəmləşirdi. Yük maşınları gecə-gündüz məhsul daşıyırdılar. Bütün bunları əldə etmək üçün bazar tapmaq lazımdır. Kəndli malını daxili bazara belə çıxarda bilmir. Monopoliya imkan vermir. Bu məsələləri həll etdikdən sonra kəndlidən nə isə tələb etmək olar..."(azadlıq radiosu)
- 06-10-2017 11:25 Auditorlar AZAL-da nə tapıblar - ARAŞDIRMA
- 24-04-2017 14:15 Azərbaycanda əhali daha az çörək yeməyə başlayıb
- 22-04-2017 14:05 Uşaqlar məktəbdə nə yeyirlər?
- 19-04-2017 14:28 Azərbaycanın xaricdə müxbirləri olan televiziya və agentlikləri - SİYAHI
- 14-04-2017 11:25 Azərbaycanın "Robinzon"u: "Bu adada beş qəbir olacaq, beşinci mənim..." - FOTO
- 11-04-2017 15:10 Bakıda 600-700 manata satılan oyuncaqları kimlər alır? - ARAŞDIRMA
- 04-04-2017 15:41 Bəzi ölkələrdə qadağan edilən içkilər Azərbaycanda niyə satılır?
- 30-03-2017 14:50 Azərbaycanlılar xaricdə kütləvi şəkildə daşınmaz əmlak alır
- 28-03-2017 13:38 "Azəriqaz" barədə daha bir bibaırçılıq: milyonlar havaya necə uçurulub
- 27-03-2017 12:09 Bakının ən ucuz və baha taksi xidmətləri - SİYAHI - FOTO
- 16-03-2017 09:14 Faciənin baş verdiyi evin sahibi: "Qaz xətti də bağlı idi"
- 13-03-2017 14:20 Kəndlilərə bildiriş gəlib: Torpağı ək, yoxsa…
- 01-03-2017 14:46 Müşfiqin büstünü hamı müdafiə etdi, bəs bu Müşfiq? – FOTO
- 18-02-2017 13:03 Bakıda təmiz su fırıldağı: qapı-qapı gəzən təhlükə
- 15-02-2017 14:51 Uşaqların internet asılılığının əsl səbəbkarı kimdir? ARAŞDIRMA
- 13-02-2017 14:22 Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?
- 10-02-2017 11:16 İnternet zaman anlayışını dəyişir
- 10-02-2017 10:31 Yerli quş əti bahalaşır, səbəb...
- 10-02-2017 10:07 Bakıda kürünün kiloqramı 1500 dollardır
- 08-02-2017 09:30 1000 manat ver, Azərbaycan vətəndaşı ol, amma...
- 07-02-2017 10:39 Böhranda cibinizə münasib yemək hazırlamağın qaydası
- 03-02-2017 13:06 4000 nəfərin həyatına son qoyan TARİXİN ƏN ÖLÜMCÜL ÇOVĞUNU - FOTO
- 01-02-2017 12:27 Bakıda toy böhranı – bəzi şadlıq sarayları bağlana bilər
- 27-01-2017 22:09 Məcburi köçkünlər Hadı Rəcəblini yataqxanaya dəvət etdilər - FOTO
- 27-01-2017 10:43 Sovetin ilk mobil telefonu – LK-1 FOTO-VİDEO

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
21-04-2018 19:34
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]