Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2017
10:32
3386
Məleykə Abbaszadə: Bizə bu yolla heç kim təsir göstərə bilməz

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi" əsasında DİM-in maliyyələşdirilməsi üçün ona ianələrin verilməsinin bu qurumun fəaliyyətinin şəffaflığına gölgə sala bilib-bilməyəcəyinə, eyni zamanda, bundan istifadə edilərək DİM-ə qarşı təqziqlərin edilə bilməsinə münasibət bildirib.

DİM-in yanvarın 18-dən fəaliyyətə başladığını xatırladan M.Abbaszadə Trend-ə açıqlamasında bildirib ki, indiyədək DİM-ə ianələrin verilməsi ilə bağlı təklif daxil olmayıb: “Bəlkə də hansısa təşkilatlar bizim üçün nə isə etmək istəyirlər. Amma hələ müraciətlər olmayıb. Biz özümüz də təşəbbüs göstərərək bu istiqamətdə yəqin ki, hansısa addımlar atacağıq. Ancaq belə addımlar atılmamışdan əvvəl biz onları mütləq Direktorlar Şurasının iclasında müzakirə edəcəyik”.

M.Abbaszadə əlavə edib ki, DİM-in indiyədək olan şəffaflığı bundan sonra da davam etdiriləcək: “Bizə bu yolla, yəni ianələrin verilməsi yolu ilə heç kimin təsir göstərmək imkanı olmayacaq. Hər şey yenə də açıq, şəffaf olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "2016-cı ilin 11 aprelində “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"ni təsdiqləyib.

Bu nizamnaməyə əsasən, DİM publik hüquqi şəxsdir. Mərkəz dövlət vəsaitləri, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər, mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən və digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına maliyyələşə bilər.

DİM eyni zamanda qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına da maliyyələşə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
560

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
767

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1489

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
168

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1759

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
797

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
228

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
195

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
237

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
199
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 01:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru