Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2017
15:37
2357
Tələbələri ölümə aparan sürücünün polisdən qaçdığı görüntülər - VİDEO

Ötən gün 5 tələbənin ölümünə, 17 nəfərin yaralanmasına səbəb olan "Ford"un sürücüsü Namiq Hüseynovun yeni videogörüntüsü yayılıb.

Videoda sürücünün reyd təşkil edən nəqliyyat müfəttişləri ilə mübahisə etdiyi görünür.

Reyd Sumqayıt şəhərində təşkil edilib. Məlumata görə, sürücü müfəttişlər tərəfindən qanunsuz sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün saxlanılıb. Bir müddət əvvəl çəkilmiş videodan da göründüyü kimi sürücü nəqliyyat müfəttişlərinə tabe olmaq istəmir və onlarla mübahisə edir.

Qeyd edək ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürücü saxlanılıb.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən il 24 dəfə cərimələnib. (Missiya.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
43

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1869

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
366

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
715

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
331
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 12:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru