Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Mart

2017
09:41
1640
Bakıda qadın taksi sürücüləri - FOTO

Bakıda qadın sürücülər taksi xidmətinə cəlb olunacaq. Bu barədə Trend-ə "Bakı Taksi" MMC-nin rəhbəri Ramal Ağayev deyib. R.Ağayev bildirib ki, MMC yaxın vaxtlarda qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etmək niyyətindədir:

"Bəzən insanlar ailələrini, uşaqlarını kişi sürücülərə etibar etməkdən çəkinirlər. Biz bu məsələləri nəzərə alaraq yaxın gələcəkdə qadın sürücüləri də taksi fəaliyyətinə cəlb etməyi nəzərdə tuturuq. Bizim şirkət tərəfindən cəlb olunacaq qadın sürücülər çəhrayı rəngdə avtomobillərlə taksi xidməti göstərəcəklər. Artıq bir qadın sürücümüz Bakıda taksi xidməti göstərməyə başlayıb və xidmət keyfiyyətinə görə kişi sürücülərdən geri qalmır".

R.Ağayev vurğulayıb ki, bu məqsədlə müsabiqə keçirilməsi nəzərdə tutulur: "Təqribən 25-40 yaş arası qadın sürücüləri işə cəlb etmək niyyətindəyik. Qadın sürücülər müsabiqə yolu ilə seçildikdən sonra sürücülük məktəbində iki aylıq təlim keçəcək və ondan sonra taksi xidməti göstərməyə başlayacaqlar. Həm də cəlb ediləcək qadın sürücülərin 5 illik sürücülük təcrübəsi olmalarına diqqət yetiriləcək, çünki bu, məsuliyyətli bir məsələdir. Burada yalnız öz həyatına görə deyil, digər insanların da həyatına görə məsuliyyət daşıyırsan".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1850

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
349

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
703

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
315

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1016

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
229
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 11:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru