Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2017
16:46
2685
Hadisə yerindən qaçan sürücü həbs edilib

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, martın 6-da saat 01 radələrində Şirvan şəhəri ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən  piyada Abışov Rüstəm Qardaş oğlunu vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Opel Astra” markalı, 99-DB-469 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Şirvan şəhər sakini, 1969-cu il təvəllüdlü Əliyev Cahid Rizvan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

C.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
44

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
24

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
94

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
44

Trampdan Ərdoğana təhqiredici məktub-FOTO

17

Oktyabr
14:18
SİYASƏT
212

18 oktyabr tarixinə olan hava proqnozu

17

Oktyabr
13:51
ÖLKƏ
57

Vilayət Eyvazov daha bir rəisi əvəzlədi

17

Oktyabr
13:15
HÜQUQ,HADİSƏ
240

“Volk Qədir”i də tutdular - FOTO

17

Oktyabr
12:50
HÜQUQ,HADİSƏ
155

Bu rayonlarda qaz olmayacaq

17

Oktyabr
12:48
ÖLKƏ
44
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 17:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru