Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2017
14:28
Sürücü, kuryer, liftçi işləmək istəyənlər də işə imtahanla qəbul olunacaq

“Dövlət qulluğu haqqında” qanuna edilmiş son dəyişikliklərə görə, artıq yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməlidirlər.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə ekskülziv olaraq Trend-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda həmin vəzifələrə qəbul hər bir müəssisə tərəfindən adi qaydada - əmək müqaviləsi bağlanılmaqla aparılır. Qanuna edilən yeni dəyişikliyin icrasına başlanıldıqda isə dövlət orqanlarında qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər də dövlət qulluğuna qəbul üçün tələb olunan mərhələlərdən - imtahan və müsahibə mərhələsindən keçməklə işə qəbul olunacaqlar.

Mərkəzdən bildirilib ki, “Dövlət qulluğu haqqında” qanuna edilmiş digər dəyişikliklərə əsasən, yüksək kateqoriyalı dövlət orqanları Aparatlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Mərkəzi Seçki Komissiyası, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının Katibliyi, Milli Televiziya və Radio Şurası və digər dövlət orqanları Aparatlarında Aparat rəhbəri, şöbə müdiri vəzifəsi də daxil olmaqla, digər inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparılması nəzərdə tutulur. Müsabiqə DİM tərəfindən keçiriləcək.

Yeni vəzifələr üzrə qəbulun dövlət qulluğuna qəbulla bağlı yeni qaydalar təsdiqləndikdən sonra aparılması nəzərdə tutulur.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə bildirib ki, “Dövlət qulluğu haqqında” qanuna edilən son dəyişiklik əsasında dövlət qulluğuna qəbulun aparıldığı təsnifatların sayı artırılıb.

M.Abbaszadənin sözlərinə görə, əvvəllər Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası tərəfindən ənənəvi olan müəyyən kateqoriyalar üzrə dövlət qulluğuna qəbul aparılırdı. İndi isə DİM həm yardımçı, həm də yüksək təsnifatlara aid olan vəzifələrə qəbul üçün imtahan aparmalıdır:

“Təbii ki, bu yeni imtahanlar yeni məzmunlu olacaq. Digər tərəfdən, bu imtahanları necə aparmaq lazımdır ki, yüksək səviyyəli kateqoriyalar üzrə imtahan verən şəxs o müsabiqədən keçməsə, daha aşağı, daha asan imtahanda təkrar iştirak etməsin. Ümumiyyətlə, belə namizədlərin təkrar imtahanda iştirakı lazımdırmı? Burada çoxlu məsələlər var. Bu məsələlərin hamısı hüquqi qərarını tapandan sonra bu barədə izahatlar veriləcək”.

M.Abbaszadənin sözlərinə görə, tələbə qəbulu ilə əlaqədar müvafiq hüquqi mühit yaradılsa və qaydalar təsdiqlənsə də, dövlət qulluğuna qəbulla əlaqədar qaydalar hələ təsdiqlənməyib.

Onun sözlərinə görə, DİM tərəfindən dövlət qulluğu ilə əlaqədar test imtahanının aparılması, müsabiqənin keçirilməsi ilə bağlı layihələr Nazirlər Kabinetinə təqdim edilib. M.Abbaszadə bu qaydaların yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyinin gözlənildiyini də söyləyib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xəzərdə zəlzələ baş verib

19

Fevral
17:44
ÖLKƏ
202

Xarici valyutaların manata qarşı məzənnələri

19

Fevral
17:31
İQTİSADİYYAT
220

Paytaxtın bu hissəsində su olmayacaq

19

Fevral
17:10
ÖLKƏ
353

"Azərişıq" 5 min manat cərimə edildi

19

Fevral
16:55
ÖLKƏ
271

Bakı-Qazax yolunda raket tapılıb

19

Fevral
15:17
HƏRB
288

Beyin əməliyyatında skripka çaldı

19

Fevral
14:33
DÜNYA
321

Sabaha olan hava proqnozu açıqlanıb

19

Fevral
13:15
ÖLKƏ
335

Tanınmış bəstəkara BDU-da vəzifə verildi

19

Fevral
13:00
ELM / TƏHSİL
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 03:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru