Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2017
11:22
Bakıda polisin saxladığı 56 yaşlı `avtoş` infakt keçirdi - VİDEO

Martın 4-ü saat 12 radələrində Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 1961-ci il təvəllüdlü Əsgər Muradovun idarə etdiyi "Nissan” markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

FaktXəbər-in  məlumatına görə, "Qafqazinfo”ya açıqlama verən qohumu Nurəddin Həsənov bildirib ki, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub: "Polis ona deyib ki, sən "avtoş”luq edirsən. Bu da cavabında "sənin atan yaşdayam, mən "avtoş”luq edənəm?” deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, maşının açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, sonra maşının qarşısına keçir və yıxılır. Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi siliblər. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdı, daim orada yaşayırdı. Oğluna toy etmək üçün Bakıya gəlmişdi”.

N.Həsənov bildirib ki, hadisə barədə televiziya kanallarına yalnış məlumat verilib: "Televiziyada deyiblər ki, guya sürücünü halı pisləşib, yol polisi əməkdaşları tibbi yardım göstərib və ölümün qarşısını alıblar. Necə qarşısını alıblar ki, bu gün üç mərasimidir? Həm də o hadisə yerində vəfat edib, oradan birbaşa morqa aparılıb. Onu bu hala salan yol polisi əməkdaşının ad-soyadını hələ ki, bilmirik. Nərimanov rayon Dövlət Yol Polisi İdarəsinə məxsus "267” seriyalı avtomobildə olub. Sabah rəsmi qurumlara şikayət edəcəyik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54753

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52839

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54255

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53979

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59404

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53686

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54040
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 15:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru