Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2017
22:20
Yanacaqdoldurma məntəqələrində MİN BİR FIRILDAQ - Sürücüləri necə aldadırlar? – VİDEO

Yanacaqdolurma məntəqələrindən daxil olan şikayətlərin sayı gündən-günə artır. Ən çox şikayət isə yanacağın göstəriləndən az vurulması ilə bağlıdır. Bunu Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin əməkdaşı deyib. O, hətta ən çox nöqsanlar olan yanacaqdoldurma məntəqələrinin hansı ərazilərdə olduğunu da açıqlayıb.

Yanacaqdoldurma məntəqlərində benzinin az vurulmasını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi etiraf edir.

Qurumdan bildirilər ki, yanacaqdoldurma məntəqələri ilə bağlı narazılıqlar, şikayətlər səngimir. Bu şikayətlər əsasən benzinin sayğacda göstəriləndən az vurulması ilə bağlı olur.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblının sözlərinə görə, belə yanacaqdoldurmə məntqələrində yoxlama apara bilmirlər. Səbəb sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılmasıdır.

Yəni belə çıxır ki, yanacaqdoldurma məntəqəsi işlədən sahibkarlar ölçmələrin vəhdəti haqqında qanunu kobud qaydada pozurlar. Qanuna əsasən, hər yanacaqdoldurma məntəqəsi istifadə etdiyi ölçmə cihazlarını akkreditasiya olunmuş laboratoriyalarda yoxlatmalı və onların cihazlarının ölçmələrinin dəqiqliyi etalonla tutuşdurulduqdan sonra təsdiq olunma sənədini əldə edib istismar etməlidirlər. amma sahibkarlar bir çox hallarda bunu etmirlər.

Hətta elə elə yanacaqdolurma məntəqələri var ki, onların sahibləri, yanacağa əlavə qatqılar etmək üçün çənin möhrünü qırılar. Belə fakt təxminən iki il əvvəl aşkar edilib Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həmin sahibkarla bağlı Baş Prokurorluğa müraciət də edib.

Yanacağın keyfiyyəti ilə bağlı məsələyə, toxunan Fazil Talıblı bildirdi ki, ölkəmizdə yancaq istehsalı bir zavodda həyata keçirilir və o zavodun istehsal etdiyi yanacağın keyfiyyəti komitənin laboratoriyasında mütəmadi olaraq arşdırılır.

Qeyd edək ki, yanacağın kefiyyətinin aşağı olması və sayğacda göstəriləndən az vurulması faktları daha çox bölgələrdə və magistral yolların kənarlarında olan məntəqələrdən istifadə edən sürücülərdən daxil olur.(Xezerxeber)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15577

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14257

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15686

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15269

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20642

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15159

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15309
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 15:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru