Yerevanda keçirilən mitinqdə Serj Sarkisyan rejiminin istefası tələb edilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2017
14:47
1995
Yerevanda keçirilən mitinqdə Serj Sarkisyan rejiminin istefası tələb edilib

Ermənistanda 2008-ci ilin martında baş vermiş qanlı iğtişaşların səbəbkarları hələ də cəzalandırılmayıblar. “Erməni Milli Konqresi” bu illər ərzində topladığı bütün faktları İnsan Haqları üzrə Avropa Məhkəməsinə təqdim edib. Bu barədə Yerevanda keçirilən ümumxalq mitinqində məlumat verilib. Aksiya iştirakçıları Serj Sarkisyan rejimini istefaya səsləyiblər. Etirazçılar ölkəni iflasa uğradan hökuməti tənqid atəşinə tutublar. Bildirilib ki, doqquz il əvvəl S.Sarkisyan rejimi hakimiyyəti zorla ələ keçirib. Bu proses həm də vətəndaşlara silahlı hücumla yadda qalıb. İki gün davam edən toqquşmada 10 nəfər ölüb, 150 nəfərdən çox sakin yaralanıb.

Ermənistanın əsl bəlası da bundan sonra başlayıb. Hakimiyyəti zorla ələ keçirən cinayətkar S.Sarkisyan hökuməti bu müddətdə ölkəni tamamilə iflasa uğradıb və regionda təcrid vəziyyətinə salıb.

Aksiya iştirakçıları da Zurabyanın fikirlərini dəstəkləyiblər. Mitinqdə mart qırğınının təşkilatçıları və icraçılarının cəzalandırılması da tələb olunub. “Erməni Milli Konqresi” bu illər ərzində topladığı bütün faktları İnsan Haqları üzrə Avropa Məhkəməsinə təqdim etdiyini açıqlayıb.

Ermənistandakı müxalif qüvvələr aktiv siyasi məsləhətləşmələr aparırlar. Onlar mövcud vəziyyətdən qurtulmağın tək yolunu birləşməkdə və ümumxalq etirazlarında görürlər. Aksiya zamanı günahsız yerə həbs olunan fəalların azadlığa buraxılması da tələb edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 08:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com