Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Mart

2017
14:30
866
CNN: Amerika kəşfiyyatı rusiyalı səfiri casus hesab edir

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ kəşfiyyat xidmətləri Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakı casus kimi qəbul edir. Bu barədə "CNN" telekanalı Amerika hökumətinin keçmiş və hazırki rəsmilərinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Sergey Kislyak Rusiya kəşfiyyat orqanları ilə birbaşa təmasda olduğu üçün Donald Trampın təhlükəsizlik məsələri üzrə müşaviri Mykl Flinn onunla danışıq apardıqdan sonra istefa verməyə məcbur olub.

Qeyd edək ki, 7 sentyabr 1950-ci il təvəllüdlü Sergey İvanoviç Kislyak Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiridir. O, 1973-ci ildə Moskva Mühəndis-Fizika İnstitutunu, 1977-ci ildə isə Ümumittifaq Xarici Ticarət Akademiyasını bitirib. İngilis və fransız dillərində sərbəst danışa bilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru