
Qurum 400-dən çox müraciətə baxıb; martın 10-na qədər komissiyanın iclasları yekunlaşa bilər.
Novruz bayramı yaxınlaşdıqca Əfv Komissiyasının iclasları intensiv şəkildə keçirilməyə başlayıb. Ötən ayın ortalarından başlayaraq, demək olar hər gün komissiyanın iclasları keçirilir. Son iclasda 100-dən çox məhbusun müraciətinə baxılıb.
Bu barədə “Yeni Müsavat”a məlumat verən Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev qurumun iclaslarının mütəmadi olaraq keçirildiyini qeyd etdi: “Komissiyaya daxil olan hər bir müraciətə baxılır. Bu günə qədər 800-dən çox müraciət daxil olub.
Sonuncu əfv sərəncamı ötən ilin bu ayında imzalanıb. Bir il müddətində əfv sərəncamı olmayıb. Amma bu arada amnistiya aktı qəbul edilib və çoxsaylı məhbus azadlığına qovuşub. Hazırda 3 iclasdan sonra 400-ə yaxın müraciətə baxmışıq. Hər bir müraciət diqqətlə araşdırılır. Katiblik tərəfindən hər bir müraciətlə bağlı arayış hazırlanıb Əfv Komissiyasına təqdim olunur. Açıq müzakirələr keçirilir, səsvermə yolu ilə müvafiq qərar qəbul edilir. Bu proses davam edəcək.
Martın 2-də də Əfv Komissiyasının iclası gözlənilir. Son zamanlar komissiya çox gərgin iş rejimində işləyir. Yəni bütün müraciətlər diqqətlə araşdırılır və müvafiq qərar verilir. Qarşıdan Novruz bayramı gəlir. Belə bir bayramda əvvəlki illərdə gördüyümüz kimi, dövlət başçısı müxtəlif qərarlarla vətəndaşları sevindirib, məhbusların üzərindən mərhəmət hissini əskik etməyib. Bu bayramda da cənab prezident tərəfindən əfv sərəncamı verilə bilər. Əlbəttə, ölkə başçısı sərəncamın veriləcəyi günü müəyyən edir. Hansı şəxslərə sərəncamın şamil olunacağı da cənab prezidentin səlahiyyətinə aid məsələdir. İclasların gedişi, baxılan müraciətlər bunu deməyə əsas verir ki, Novruzda əfv verilə bilər. Əfv Komissiyasının iclasları o zaman bitəcək ki, bütün müraciətlərə baxılsın. İclasların bitmə zamanı müraciətlərə baxılma prosesinin bitməsi ilə bağlıdır. Yəqin ki, bu ayın 10-na qədər iclaslar bitə bilər. Çünki demək olar ki, hər gün iclas olur. Əfvin veriləcəyi günlə bağlı konkret rəqəm deməkdən çəkinirəm. Kimin əfv olunacağı ilə bağlı kimsə fikir deyə bilməz. Son əfvdə kifayət qədər məhbus azadlığa çıxdı. Onların arasında ictimaiyyət daxilində adları müzakirə edilən şəxslər də var idi. Bu bir daha onu göstərir ki, ölkə başçısı hər bir şəxsə münasibətdə diqqətlidir. Hər bir kəsdən qayğısını əsirgəmir”.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı