Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2017
12:39
Corc Buş: əgər zəif olsaq, mübarizə apara bilməyəcəyik

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-ın sabiq prezidenti Corc Buş "NBC" kanalında yayımlanan "Today" verlişində iştirak edərək Tramp rəhbərliyi haqqında müzakirələrə qoşulub. Corc Buş bildirib ki, Trampın seçki kampaniyası zamanı Rusiya ilə əlaqəsinin olması ilə bağlı iddialara hər kəsin cavab dinləmək ehtiyacı var.
 
Donald Tramp barəsində müvafiq qurumların istintaq apardığına diqqəti çəkən Buş, bu idarələr tərəfindən əldə ediləcək nəticənin onun sözlərindən daha əhəmiyyəli olduğunu deyib: "Sualları yanlış adama verirsiniz. Vəkil deyiləm və qaydaları bilmirəm. Mən miqrantlara qapısını açan bir siyasəti dəstəkləyirəm. ABŞ-ın miqrantların ölkəyə girişini qadağan etməsi zəyiflikdir. Əgər zəif olsaq terrora qarşı mübarizə apara bilmərik. ABŞ azad cəmiyyətə görə qurban olmamalıdır. Əks təqdirdə düşməni məğlub etmək çətin olacaq. Düşmən bizim zəif nöqtələrimizdən istifadə etməyi çox yaxşı bacarır".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com