Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2017
15:50
Şəhidlər xiyabanına Xocalı Soyqırımı abidəsinin qoyulması təklif olunub

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə edilib.

Spiker Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımının təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirmək istəyən qüvvələr olub, icraçıları isə Ermənistandır. O qeyd edib ki, hadisə Milli Məclisin qərarları ilə soyqırımı kimi tanınıb: “İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb, ABŞ-ın 21 ştatında müvafiq qərar qəbul olunub. Bu günlərdə Milli Məclisin üzvləri dünyanın bir sıra ölkələrində soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmək üçün səfərə çıxıblar. Azərbaycan ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq. Bu vəhşiliyi törədənlər layiq olduqları cəzalarına çatacaqlar”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədənlər barədə şifahi də olsa cinayət işi başlamalı və məhkəmə hökm çıxarmalıdır: “Onların bir neçəsi cinayət törətdiyini BMT-nin sürtülmüş kürsüsündə belə etiraf edib. Ermənistan prezidenti Serj Sarkisya da onlardan biridir. Bundan artıq etiraf lazımdır? Ermənistanın “böyük ziyalısı” Zori Balayan uşaqların öldürülməsi, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Nəyə görə biz onların izahat yazmasını və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Barələrində indidən qərar çıxarılmalıdır və tutulub gətirilməlidirlər. Bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq”.

Vitse-spiker Bahar Muradova isə deyib ki, müharibə etmək, sülh istəmək onu necə həyata keçirmək adamların dünya görüşü, həyata baxışı qəlbdən gələn şəkildə ifadə oluna bilər: “Amma bir qayda olaraq, siyasət siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir”.

B. Muradova qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq. Bu faciəni unutmaq olmaz.

Deputat Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. O, Şəhidlər xiyabanında Xocalı abidəsinin qoyulması təklifini irəli sürüb: “Bakıda soyqırımı muzeyi ilə bərabər, Şəhidlər xiyabanında informasiya mərkəzinin yaradılması da vacibdir. Soyqırımı dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyac var. Yəhudi soyqırımı ilə bağlı “Pianoçu” filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq".

Deputat Rafael Cəbrayılov ona dəstək olaraq, deyib ki, Azərbaycanda soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur: “Şəhidlər xiyabanında soyqırımı memorial kompleks salınmalıdır”.

Deputat Pərvin Kərimzadə isə bildirib ki, 1976-cı ildəd ünyada  beynəlxalq cinayət anlayışı formalaşıb və soyqırımı anlayışı beynəlxalq cinayət kimi qəbul olunur. Deputat BMT-nin müvafiq sənədlərini xatırladaraq bildirib ki, Xocalı soyqırımı məhz beynəlxalq cinayətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
235

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
248

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
251

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
326

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
256

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
293

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
495

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
405
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru