- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub. İqtisadiyyat Nazirliyindən FaktXəbər-ə verilən xəbərə görə, iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxil idi.
Səfərin ilk günü Ş.Mustafayev Ərdəbildə İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi, Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş və Ərdəbil vilayətindən olan millət vəkilləri ilə görüşüb. Görüşdə dövlət başçılarının siyasi iradəsi, şəxsi dostluq münasibətləri nəticəsində son illərdə Azərbaycan-İran əlaqələrinin strateji səviyyəyə yüksəldiyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə, birgə layihələrə və İranın Ərdəbil vilayəti ilə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın dövlət başçısı İran İranla əlaqələrə böyük önəm verir: "Son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb. 2016-cı ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsinin 70%-ə yaxın artıb, viza rejiminin sadələşdirilməsi istiqamətində işlər görülüb, iş adamlarının iştirakı ilə 15 tədbir keçirilib. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Ölkə başçısının sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması və tranzit xərclərinin 160 ABŞ dollarından 100 dollaradək endirilməsi barədə razılığa gəlinib. Bütün bunlar əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır".
İranın Ərdəbil vilayəti ilə əməkdaşlıq imkanlarından danışan Ş.Mustafayev kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb: "Meyvə, ət və ət məhsulları, süd və süd məhsulları, xüsusilə kartofçuluğun inkişaf etdiyini nəzərə alaraq bu istiqamətlərdə vilayətlə əməkdaşlıq həyata keçirilə bilər. Bundan başqa, İran şirkətləri, o cümlədən Ərdəbil iş adamları Azərbaycanın Aktaudakı logistika mərkəzinin xidmətlərindən istifadə edə, Azərbaycanda yaradılan sənaye parkalrına və aqroparklara investisiya yatıra bilərlər".
M.Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, son illərdə dövlət başçılarının birgə səyi nəticəsində Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını bildirib: "Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin genişləndirilməsinə olan maraqdan xəbər verir. İki ölkə arasında ticarət dövriyyəsinin artması müsbət haldır və banklararası əlaqələrin genişləndirilməsi ticarət əlaqələrini daha da genişləndirə bilər. Bundan başqa, ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, aqrar sahədə avadanlıqların istehsalı, turizm, tranzit və yükdaşımalar sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur".
M.Xudabəxş Ərdəbil əyalətinin iqtisadiyyatı, o cümlədən infrastrukturu, kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Ərdəbil valisi vilayətin turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsində inkişaf etdiyini vurğulayaraq, bu istiqamətdə Azərbaycanın Ərdəbil vilayəti ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
- 21-02-2019 10:58 İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
- 21-02-2019 09:43 Milli Şuranın 23 fevral mitinqinə icazə verilmədi
- 20-02-2019 19:21 Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
- 20-02-2019 16:22 XİN-dən Elşad İskəndərovla bağlı bəyanat
- 20-02-2019 14:48 Elşad İsgəndərovun Türkiyəyə girişi qadağan olunub
- 19-02-2019 15:59 AXCP üzvü həbs edilib
- 19-02-2019 14:35 ATƏT-in sədri mart ayında Azərbaycana gələcək
- 19-02-2019 11:52 İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
- 19-02-2019 10:18 Seçkiyə gəlməyən 50 manat cərimə olunsun - Partiya sədri
- 19-02-2019 10:02 Xəzər üzrə Yüksək Səviyyəli İşçi qrupun iclası başlayıb
- 18-02-2019 11:40 İlham Əliyev Sumqayıtda yeni zavodun açılışında olub
- 17-02-2019 10:27 Səfir: Təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
- 15-02-2019 16:30 Əmanətlərlə bağlı qanun layihəsi Milli Məclisə çıxarılır
- 15-02-2019 16:25 Avropa İttifaqının rəsmiləri Bakıya gəlir
- 15-02-2019 11:44 AİP qanlı terror aktını kəskin pislədi
- 14-02-2019 10:09 İtaliya vətəndaşı Azərbaycan xalqından üzr istəyib
- 13-02-2019 14:59 İsgəndər Həmidov Qarabağ Komitəsindən getdi
- 13-02-2019 08:50 Prezident: Aprel döyüşləri Ermənistanın yaratdığı mifi darmadağın etdi
- 12-02-2019 19:25 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
- 12-02-2019 14:32 AİP Səudiyyədə 6 yaşlı körpənin başının kəsilməsinə etiraz etdi
- 12-02-2019 14:27 AXH təmsilçiləri Avropa İttifaqının səfiri ilə görüşdü
- 12-02-2019 14:06 Parlament bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib
- 12-02-2019 09:24 14 müxalifət partiyasının rəhbərliyi xüsusi toplantı keçirib
- 12-02-2019 09:11 Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
- 12-02-2019 08:36 İran səfirliyi Azərbaycanda İran İslam İnqilabının 40-cı il dönümünü qeyd etdi