Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2017
22:50
Zabratda subasmanın səbəbi

Bakının Sabunçu rayonunda  Zabrat gölünün səviyyəsinin qalxması ilə əlaqədar Zabrat-Kürdəxanı istiqamətində magistral avtomobil yolunun üzərindən suyun axması bəzən intensivləşir. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

 

Nazirlik rəsmisinin sözlərinə görə, Zabrat gölü əsasən atmosfer yağıntılarının, bir qədər isə qrunt sularının hesabına qidalanır. Lakin əvvələr qrunt sularının səviyyəsi aşağı olduğundan o, gölün qidalanmasına o qədər də təsir etmirdi.

 

R.Həsənov əlavə edib ki, son illər göl ətrafında insanların daha çox məskunlaşması, yeni evlərin tikilməsi, ərazidə mərkəzləşdirilmiş kanalizasiya-drenaj şəbəkəsinin olmaması səbəbindən qrunt sularının səviyyəsi qalxıb. Bu isə öz növbəsində gölün səviyyəsinin qalxmasına öz təsirini göstərir:

 

"Böyük ehtimalla əhali tərəfindən axıdılan tullantı sularının hesabına gölün səviyyəsi qalxıb. Biz gölün qalxma səviyyəsini müəyyənləşdirə bilmirik. Ancaq onun fəsadları görünür. Həmin göldən yaxınlıqdan keçən Zabrat-Kürdəxanı yolunun üzərindən artıq 2-3 aydır ki, su axır. Bu proses bəzi hallarda bir qədər intensiv olur. Zabrat gölü ətrafında yaşayış evləri və ətraf ərazilərdə subasma hadisələri qeydə alınıb".

 

R.Həsənov qeyd edib ki, Sabuncu rayonunun Savalan qəsəbəsində, daş karxanası adlanan ərazisində, Maştağa qəsəbəsində, Kürdəxanıdakı subasma sahələrində aktivlik davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4718

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3202

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2566

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 13:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru