Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2017
11:43
1543
İki ölkə arasında gərginlik: Pakistan Əfqanıstana 200 raket atdı

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Pakistan ordusu Əfqanıstanın Nangarhar vilayətinə 200 raket zərbəsi endirib. Buna səbəb isə ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətinin Səhvan-Şəri şəhərində əfqan terrorçuların məqbərə partlatmasıdır. 

Nangarhar vilayətinin sözçüsü Ataullah Khogyani bildirib ki, dünən axşamdan bu gün səhərə qədər şəhər aramsız raket zərbələrinə məruz qalıb. 

Qeyd edək ki, ötən gün Sind əyalətinin Səhvan-Şəri şəhərində, sufi lideri Şəhbaz Qələndarın məqbərəsi qarşısında törədilmiş terror aktı nəticəsində azı 83 nəfər ölüb, 340-dan çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2019 01:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com