Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2017
12:48
Sərbəst güləş yığmamız Dünya Kubokunda finala yüksələ bilməyib

İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan milli komandası növbəti görüşünə çıxıb. FaktXəbər-in məlumatına görə, rəqib ABŞ yığması olub.

Görüş 4:4 hesablı heç-heçə ilə nəticələnib. Lakin xalların keyfiyyətində ABŞ 20:14 hesablı üstünlük əldə etdiyi üçün görüşü qələbə ilə başa vuraraq, finala yüksəlib. Azərbaycan millisi isə 3-cü yer uğrunda qarşılaşmada Türkiyəyə rəqib olub.
Qeyd edək ki, A qrupundakı ilk iki görüşündə Firdovsi Umudovun baş məşqçi olduğu komanda Rusiyaya xal hesabı ilə, Gürcüstana isə 5:3 hesabı ilə qalib gəlib. ABŞ isə Gürcüstanı 7:1, Rusiyanı 6:2 hesabı ilə yenib.

AZƏRBAYCAN - ABŞ - 4:4

57 kq. Georgi Edişeraşvili - Antoni Ramos - 3:2
61 kq. Əli Rəhimzadə - Logan Stieber - 11:12
65 kq. Hacı Əliyev - Frank Molinaro - 4:1
70 kq. David Suynuçxanov - James Green - 0:10
74 kq. Murad Süleymanov - Jorcan Burroughs - Süleymanov xəbərdarlıq alaraq, uduzub.
86 kq. Şərif Şərifov - David Taylor - 2:12
97 kq. Aslanbek Alborov - Kyle Snyder - 5:4
125 kq. Cəmaləddin Məhəmmədov - Nicholas Gviazdovski - 3:1

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 07:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com