Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2017
09:31
2345
Azərbaycanın pomidor ixracatçıları `qırmızı xətti` keçdi

"Fermerlər pomidoru "elə qapısındaca" 3,50-4 manata satırlar"

Ötən il Azərbaycandan Rusiyaya 100 min tondan çox pomidor yola salınıb. Bu il ixracatın başqa ölkələrə də yayılacağı gözlənilir.

İstixana şəraitində pomidor yetişdirən təsərrüfatlar il ərzində xaricə satışlarını 36 min ton artırıblar. Azərbaycan pomidoru ənənəvi Rusiya bazarıyla yanaşı, ərəb ölkələrinə də (Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə - BƏƏ-yə) yol tapıb.

Ərəblər Azərbaycan pomidorunu bəyəniblər

«Bu il də istixanalar, əsasən, ixraca gedən pomidor sortları sifariş verirlər. İxrac müqavilələri bağlanıb, özü də valyuta ilə. Hədəf - ərəb ölkələri və Moskva bazarlarıdır», - Abşerondakı istixanalardan birinin direktoru Tələt Əlizadə AzadlıqRadiosu-na belə deyib.

T. Əlizadə müəssisələrin əksəriyyətinin ixrac niyyəti ilə sertifikat (HACCP, İSO9001, İSO22000) aldığını da sözlərinə artırıb. Ötən il BƏƏ-yə 57 ton Azərbaycan pomidoru satılıb. Bu il bu göstəricinin bir neçə dəfə artacağı ehtimal edilir.

Fermerdən pomidoru «elə qapıdaca» alırlar

Pomidor istehsalı üzrə ixtisaslaşan istixanaların əksəriyyəti Şəmkir, Göyçay və Abşeron rayonları ərazisində yerləşir. Təkcə Şəmkirdəki təsərrüfatların toplam sahəsi 2 min hektarı aşır.

«Bir əkin mövsümü boyunca hər hektardan 180-240 ton məhsul götürülür. Pomidorun satış problemi də yoxdur. Tədarükçülər kəndbəkənd gəzib münasib qiymətə malı satın alırlar. Fermerlər pomidoru «elə qapısındaca» 3,50-4 manata satırlar». T. Əlizadə pomidor yetişdirməyin yüksək rentabelliyinə diqqət çəkərək, bu səbəbdən yeni-yeni istixanaların qurulduğunu vurğulayır.

İxracatdan 100 milyon dollara yaxın pul gəlib

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə ölkədə 515 min ton pomidor yetişdirilib. Bunun 12 faizi ixrac edilib. Ötən ilin istehsal göstəriciləri hələ açıqlanmayıb.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, 1 milyard 237.1 milyon dollar qeyri-neft məhsulları ixracatında pomidorun payı 8,2 faizdir. Ötən il pomidor ixracatçıları ölkəyə 94,2 milyon dollar – 2015-ci ildəkindən 36,4 milyon dollar çox valyuta gətiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputatların da pensiyası artacaq

27

İyun
14:10
ÖLKƏ
1617

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

27

İyun
14:08
HÜQUQ,HADİSƏ
361

Azərbaycanda turizm "polis"i yaradılacaq

27

İyun
12:58
ÖLKƏ
1000

Bu da onlardan biridir - FOTO

27

İyun
12:21
HÜQUQ,HADİSƏ
3128

Merkel yenidən titrətdi - VİDEO

27

İyun
12:07
DÜNYA
3053

Rusiya Tacikistanı İŞİD-dən qoruyacaq

27

İyun
11:27
DÜNYA
1355

DİM iyunun 30-da növbəti imtahanlar keçirəcək

27

İyun
11:23
ELM / TƏHSİL
56

Həftər ordusu məğlub olur

27

İyun
10:59
DÜNYA
998
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 14:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru