Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2017
15:41
Qarabağ barədə iranlı rejisorun çəkdiyi filmin fraqmenti yayılıb

Çəkdiyi filmlərdə daha çox tarixi mövzuları araşdır iranl; rejissorun Möhsün Hadinin çəkdiyi növbəti film Qarabağ haqqındadır. Rejissor deyir ki, uşaqlıqdan Qarabağda baş verənləri diqqətlə izləyib. FaktXəbər-in məlumatına görə, o, bu mövzunu niyə seçməsi barədə danışarkən belə deyib: "Mən müsəlmanam və Qarabağ içimdə bir yaradır. Müharibə zamanı uşaq idim, İran mediasında yayılan xəbərləri gördükcə içim alovlanırdı. O vaxtlar İrandan Qarabağa gedənlər vardı, hər zaman onların xatirələrini dinləyirdim və arzulayırdım ki, kaş mən də böyük olaydım, silah götürəydim. Çox keçmədi ki, böyüdüm və silahımı əlimə götürdüm – yəni kameramı... İranda Qarabağ məsələsinə sadəcə azərbaycanlılar həssas deyillər, millətin əksəriyyəti Qarabağı islam torpağı bilir və onun azad olmasını istəyir."

Möhsün Hadinin çəkdiyi film "Arazın dayaz günü" adlanır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2018 23:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com