Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2017
14:06
`28 May`-dan Lökbatana gedən marşrut bərpa edilir

"Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təhlillər aparılır. Qanunvericilikdə nəzərdə tutulan normativ aktların və standartların tələbləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən görülən təkmilləşdirmə işlərində vətəndaşlardan daxil olan yazılı və şifahi müraciətlər (şikayət, təklif) də nəzərə alınır. Xüsusilə şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəzi küçə və prospektləri ilə əlaqələndirilməsi, sərnişinlərin rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi prioritet məqsəd olaraq qarşıya qoyulub". FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bunu BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

Onun sözlərinə görə, sadalanan halları nəzərə alaraq, BNA tərəfindən "28 May" metrostansiyasından "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində 125 saylı marşrut xəttinin təşkil edilməsi və müvafiq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib. Yeni marşrut xətti aşağıda qeyd olunan səbəblər əsasında təşkil ediləcək:

- "28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gediş-gəliş vaxtının və ödəniş məbləğlərinin azaldılması;

- Metro xidmətlərindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi;

- "28 May" metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi;

- "Nəqliyyat Mübadilə Mərkəzi" konsepsiyasına uyğun olaraq marşrutlarla əlaqələndirilməsi;

- Qeyd olunan istiqamətdə hərəkət edəcək yeni avtobusların sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəyə verilməsi;

- Bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılması.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60668

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58411

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60116

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59753

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65349

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59552

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59738
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2021 15:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru