Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2017
12:41
2427
Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər açıqlandı

Respublika Uşaq Stomatoloji Mərkəzinə edilən müraciətlər daha çox süd dişlərinin çəkilməsi və ya kariyesdən təmizlənmə ilə bağlı olur.

Bunu Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyev deyib.

Onun sözlərinə görə, 2016-cı il iyulun 1-dən bu günə kimi Respublika Uşaq Stomatoloji Mərkəzinə 32 108 müraciət daxil olub. Bu müraciətlərə uyğun olaraq, 13 251 uşaq müalicəyə qəbul edilib.

Baş həkim bildirib ki, uşaqlarda daha çox kariyes boşluğu, selikli qişalarda müəyyən somatitlər aşkarlanır.

A.Əliyev məktəblərdə şagirdlər arasında profilaktik tədbirlərin aparılmasının vacibliyini bildirərək qeyd edib ki, uşaqlar dişlərini gün ərzində iki dəfə, xüsusilə axşam yumalıdırlar və bu onlara başa salınmalıdır:

"Çünki gecə ağız boşluğunda infeksiyaların inkişafı üçün daha əlverişli şərait yaranır. Süd dişi vaxtında çıxarılmadıqda dişin toxuması bərkidiyi üçün onun yerində çıxan yeni diş əyri çıxır. Uşaqların körpə vaxtından həkimə etibarı olmalı, ondan qorxmamalıdır. Bunun üçün isə uşaq həkimə profilaktik məqsədlə tez-tez gətirilməlidir". (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 12:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status