Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

08 Fevral

2017
12:00
1950
Dövlət qurumları ƏNDİŞƏDƏ - Hesablama Palatasının yoxlaması GƏLİR

Ayrı-ayrı dövlət qurumları yoxlamayla bağlı təşviş içərisindədir. Səbəb isə son illər Hesablama Palatasının fəaliyyətində nəzərəçarpacaq güclənmə, istədiyi qurumda yoxlamalar aparmasıdır.

Əgər illər öncə, daha dəqiq desək, Vüqar Gülməmmədovun sədirlıiyinə qədər ayrı-ayrı qurumlarda yoxlamalar aparılmasına həmin qurumların rəhbərləri tərəfindən maneələr törədilirdisə, ində tam əks mənzərə yaranıb.

Böyüklüyündən asılı olmayaraq hər bir dövlət qurumu Hesablama Palatasının yoxlamasından çox qorxur. Buna səbəb isə son vaxtlar Hesablama Palatasının apardığı obyektiv yoxlamalar və üzə çıxardığı neqativ hallardır.  
 
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hazırkı vəziyyətlə bağlı Modern.az-a danışıb. O bildirib ki, dövlət vəsaitlərindən istifadə edən hər bir qurum kənar maliyyə nəzarətinin subyektidir və bu istiqamətdə “xırda təşkilat” –“böyük təşkilat” anlayışı yoxdur:

“Həmin təşkilatların hamısı maliyyə inzibatçılığının yüksək dərəcədə təmin edilməsində bərabər məsuliyyət daşıyır. Hər bir inzibati ərazi vahidi üzrə icra hakimiyyəti orqanı ölkə başçısının müəyyən etdiyi iqtisadi və sosial prioritetlərin icraçısı funksiyasını daşıyır.Yerli icra hakimiyyəti orqanlarına yerli xərclərlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondlardan yol və sosial infrastrukturun tikintisi və təmiri ilə bağlı kifayət qədər vəsait ayrılır. Digər tərəfdən, Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətində, “Azərsu”  “Azərenerji” və “Azəriqaz” kimi ASC-lərdə, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər qurumlarda nəzarət tədbirləri həyata keçirib”.

V.Gülməmmədov deyib ki, mövcud qanunvericiliklə, Hesablama Palatasının fəaliyyətinə qanuna zidd müdaxilə etmək yolverilməzdir:

“Palata üzvlərinin, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Palata işini sərbəst şəkildə həyata keçirir.  Qeyd edim ki, mən Palatada 2007-ci ildən çalışıram. Bu müddətdə işimizə müdaxilə edən və şəffaflığın təmin olunmasına maneçilik törədən qurum olmayıb”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan Rusiyaya nota verib

15

Oktyabr
20:33
SİYASƏT
79

Dünyada ən sürətli enerji dolduran telefonu

15

Oktyabr
16:41
MARAQLIDIR
410

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

15

Oktyabr
16:23
HÜQUQ,HADİSƏ
116

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
68

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
72

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 08:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru