Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2017
11:53
İstanbulda `erməni qətliamı`ndan bəhs edən film göstəriləcək - Video

FaktXəbər-in verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhərində 9 fevral tarixində "Bəyoğlu" kinoteatrında ermənilərin məruz qaldığı "qətliam"dan bəhs edən "Monastr uşaqları" adlı filmin premyerası keçiriləcək. Bu barədə ictimaiyyətə "Everensel" qəzeti məlumat yayıb. Nəşrin yazdığına əsasən, filmin rejissoru "Qarmaqarışıq zaman" və "Derismin itkin düşmüş qızları" adlı filmlərinin müəllifi olmuş Nezahat Gündoğandır.  
 
"Monastr uşaqları" adlı film 1937-38-ci illərdə Dersim şəhərində ermənilərin məruz qaldığı "qırğınlar"dan bəhs edir. Filmdə 1915-ci ildən sonra yeganə uçurulmamış qalan kilsənin 1938-ci ildə atəşə tutulması və ermənilərin həmin yerdə öldürülməsi öz əksini tapır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2018 14:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com