Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 Fevral

2017
11:20
3619
Mikayıl Cabbarov Misir Mərdanovun fəaliyyətini tənqid edib

“Bir neçə ilin əvvəlki təhsil sisteminin islahatı ilə bağlı danışarkən ən böyük müşahidələrdən biri o idi ki, bizim təhsil sistemimizin infrastrukturu bir çox hallarda nəinki müasirləşdirilməli, hətta yaradılması zəruri idi”.

Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb: “Bunun da bir çox səbəbləri olub. Biri kənar faktorlarla bağlıdır. Burada bilik iqtisadiyyatının mövcudluğunu, yeni şəraitdə təhsil müəsssislərinin müxtariyyətinin artırılması, akademik mobillik, istər təhsilalan və təhsilverənlərin artıq fiiziki məkana, yəni ali təhsil müəssisəsinə deyil, təhsil prosesinin daha çevik və sərhəd tanımayan prosesə çevrilməsi əsas idi”. 

“Biz ali təhsil müəssisələrinə nəzər salsaq görərik ki, ölkədəki ali təhsil sistemi bir neçə ildir ki, sırf təsərrüfat fəaliyyəti göstərən sistemdir. Azərbaycanın iqtisadi və digər sahələri ilə müqayisədə dövlət universitetlərində bu kifayət qədər mütərəqqi modeldir. Bunun səbəbi dövlətlə ali təhsil müəssisələri arasında münasibətin adambaşına maliyyə prinsipi ilə qurulmasıdır” - deyə, M.Cabbarov əlavə edib.

Hazırda təhsil infrastrukturunun yaradılması üçün çalışdıqlarını vurğulayan nazir bildirib ki, tələbələrin sosial qrupunun ali təhsilə çıxış imkanlarının təmin edilməs üçün vacib addımlar atılır: “Son 3 il yarım ərzində ali məktəblərin birgə fəaliyyəti nəticəsində uğurlu layihələr həyata keçirilib. “SABAH” qrupları layihəsi uğurla icra olunub və bu il ilk məzunları olacaq”.

Təhsil naziri deyib ki, iki ilin yekununda 100-dən artıq tələbə kreditdən yararlana bilib: “Bu layihənin gələcəkdə orta və uzunmüddətli olması bu məsələyə zəruri maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlıdır”.

Xatırladaq ki, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri Misir Mərdanov olub. 2013-cü ildə onun yerinə Mikayıl Cabbarov təyin edilib.

Şərhlər
Balaxanim Mammadova tərəfindən 08-02-2017 14:23:52 tarixində yazıldı
Tehsil
Misir Mardanovun vaxtinda savadli uwaqlar hele var idi, indi universitetlere gucle bal yiqillar yoldaw indiki tehsil naziri
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 22:48

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru