Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Fevral

2017
10:39
2914
Böhranda cibinizə münasib yemək hazırlamağın qaydası

Azərbaycanlıların süfrəsini yağlı ət yeməkləri, kərə yağı olmadan təsəvvür etmək çətindir. Ona görə də demək olar ki, əksəriyyət ailələr həftədə ən azı iki dəfə ət yeməyi yeyir.  Təsadüfi deyil ki, Azərbaycanda hər il adambaşına 19.4 kiloqram ət yeyilir. Bunu ötən il Birləşmiş Millətlər Təşkilatı ölkələrin illik ortalama ət istehlak miqdarını açıqlayarkən bildirib. 

Hazırda azərbaycanlıların süfrəsinin vaz keçilməzi olan ətin və digər mühüm ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilir. Məhz buna görə də əhali zəruri ərzaq məhsullarını ala bilməməkdən gileylənir və qida rasionundan bir sıra qidaları çıxartmaq məcburiyyətində qalıb. Eyni zamanda bahalaşma ət yeməklərinin sayını da azaldıb. Azərbaycanlılar ta qədimdən ətə meylli bir xalq olub. Azərbaycandan fərqli olaraq digər Avropa ölkələrinə diqqət etsək görərik ki, onlar ətli yox, daha çox tərəvəzli qidalara üstünlük verirlər. Hansı ki, biz bu qidaları elə də sevmir, göyərtilər, bir sıra tərəvəzlər almır və ya alırıqsa da işlətmir, soyuducumuzda xarab edib atırıq. 

Image result for qoyun əti

Bir çox insanlar ət yeməyi olmadan doyumluq hissinin olmadığını deyirlər. Halbuki ətin çox qəbulu insan səhhəti üçün zərərlidir. Ətin tərkibində xolestorolun miqdarı yüksək olur. Məhz bu səbəbdən də ürək-damar və qan təzyiqindən əziyyət çəkən xəstələrə çox az miqdarda ət yemək tövsiyə edilir. Xüsusilə də qan təzyiqi yüksək olan kişilər qidalanma zamanı ətdən az istifadə etməlidirlər. Həkimlər heyvanların daxili orqanlarını yeməməyi də məsləhət görürlər. Qoyun və inəklərin böyrək, dalaq, ciyər kimi daxili orqanlarında mikrobların miqdarı daha çoxdur. Həkimlərin sözlərinə görə, həftədə yalnız bir dəfə ət yemək məsləhətdir. Ət yağlardan təmizləndikdən sonra, qaynadılaraq bişirilməlidir. Ət kartof qızartması ilə deyil, plov və ya səbzələrlə yeyilməlidir. Avstraliya mütəxəssislərinin apardığı araşdırmalar nəticəsində isə məlum olub ki, mal və qoyun əti insan orqanizmi üçün çox zərərlidir. Araşdırma zamanı 7 min nəfər üzərində təcrübə aparılıb. Nəticədə məlum olub ki, 8-10 il müddətində həftədə bir neçə dəfə ət yeyən adamların xəstəliyə tutulma ehtimalı ət yeməyən adamlara nisbətən 47 faiz daha yüksəkdir. Mütəxəssislərin fikrincə, ətin insan orqanizminə verdiyi zərərlərin qarşıçısını almaq üçün meyvə və səbzələrdən istifadə etmək lazımdır. 

İnsan qidaları üzərində araşdırma aparan həkimlərin sözlərinə görə, revmatizm, xərçəng, vərəm və bir çox mədə-bağırsaq xəstəliklərinin yaranmasında ət önəmli rol oynayır. Ət insan orqanizmində bir çox hüceyrələri məhv edir, bağırsaqlarda bir çox mikrobların yaranmasına səbəb olur. Ona görə də nə qədər ətdən uzaq olsaq bir o qədər yaxşıdır.

Qeyd edək ki, bir növ ət yeməyi 4 nəfərlik bir ailəyə ən azı 15-20 manata başa gəlir. Ancaq əgər istəsəniz siz hətta 1-2 manata şam yeməyini təşkil edə bilərsiniz. Məsələn, kələm, turp, nanə, göyərti, balqabaq kimi ərzaqlar alıb 2-3 dəfə yemək bişirə bilərsiniz. Məsələn, siz dəstəsi 20 qəpikdən 3 dəstə göyərti, bir dənəsi 14 qəpiyə 2 yumurta alıb kükü bişirə bilərsiniz. Nahar üçün hazırlayacağınız bu yemək sizə 88 qəpiyə başa gələcək. Qeyd edək ki, yuxarıda sadaladığımız ərzaqlar ətdən dəfələrlə ucuz olsa da, faydalılığı ətin faydasından dəfələrlə üstündür. Amerika alimləri hesab edirlər ki, gün ərzində göy qurşağının rənglərinə uyğun olaraq 7 rəngdə məhsullarla qidalanmalısınız. Ən çox üstünlüyü isə göyərtiyə verin. Çünki o, bitki antioksidantları ilə zəngindir. Hüceyrələri xərçəngin əmələ gəlməsinə şərait yaradan azad radikallardan qoruyur. Məsələn, cəfərinin tərkibində çoxlu kalium, kalsium, dəmir, fosfor və C vitamini var ki, bu da orqanizmin qoruyucu gücünü möhkəmləndirir, görmə qabiliyyətini, dərinin rəngini, vəziyyətini yaxşılaşdırır, həm də sidikqovucu effektə malikdir. Şüyüd C vitamini, kalium, dəmirlə zəngindir. Qanazlığı, hipertoniya, mədə-bağırsaq pozğunluqları kimi xəstəliklərdə faydalıdır. Keşniş B və PP qrup vitaminləri ilə zəngindir. Sinir sistemini stressdən qoruyur, dərini təravətləndirir, ürək və bağırsağın yaxşı işləməsinə kömək edir. Güclü antioksidantdır. Daha bir ucuz və faydalı ərzaq isə kələmdir. Kələmin kilosu 80 qəpik, 1 manat arası satılır. Kələm C vitamini ilə xüsusilə zəngindir.

Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştahanı artırır. C vitamini həmçinin təbii antioksidantdır. O, orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır. Bundan əlavə, kələmdə nadir U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə və 12 barmaq bağırsağı xorası və erroziyaları olan insanlar üçün çox xeyirlidir. Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod  kimi mineral maddələrlə zəngindir. Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Kələm yodla xüsusilə zəngindir. Bu mikroelement beyinin və qalxanvari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir. Kələmi çiy vəziyyətdə müxtəlif salatların tərkibində qəbul edin. Belə salatlar əsl vitamin mənbəyidir. Bişirə biləcəyiniz növbəti faydalı və sərfəli qida kilosu 40 qəpiyə satılan balqabaqdır. Balqabaq çox zəngin mineral tərkibə malikdir. 

Image result for овощи азербайджан

Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var. Belə zəngin tərkib balqabağı insanın müxtəlif orqan və sistemləri üçün çox faydalı edir. Balqabaq həzm sistemi üçün çox faydalıdır. Qaraciyər, öd üçün balqabaq xüsusilə faydalıdır - bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qaraciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarını təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir. Balqabaq orqanizmi ödemlərdən azad edir, böyrəklərin funksiyasını yaxşılaşdırır.

Pektin maddələri ilə zəngin olan balqabaq orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən də təmizləyir, artıq xolesterini orqanizmdən çıxarır. Hamiləlik zamanı balqabaq toksikozla mübarizə etməyə kömək edir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru