Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2017
09:37
1549
Bu yol sürücü və piyadalar üçün təhlükəlidir - VİDEO

Paytaxtın Buzovna-Bilgəh yolunda sürət həddi yüksək olmasına baxmayaraq, piyada keçidləri çox uzaqdadır. Vətəndaşlar dəmir arakəsmələrin üzərindən keçməklə qarşı yola çıxırlar. Nəticədə də bu ərazidə tez-tez piyadaların vurulması ilə nəticələnən qəzalar baş verir.

Saatda 120 kilometr sürət tətbiq edilən yolda vətəndaşlar qarşı tərəfə bu cür keçirlər. Sözügedən ərazi paytaxtın Xəzər rayonu  Buzovna-Bilgəh yolunun Buzovna qəsəbəsinə giriş hissəsidir. Ərazidə yaşayan sakinlər deyir ki, əvvələr bu yolda piyada zolağı olub. Ancaq sonradan piyada zolağı silinərək yol dəmir arakəsmələrlə bağlanıb. Ərazidə çəkiliş apardığımız zaman həqiqətən də bu yolda sürücü və piyadalar üçün təhlükə olduğunun şahidi olduq. Vətəndaşlar qarşı tərəfə dəmir arakəsmələrin üzərindən keçməklə gedirdilər. Cunku ən yaxın piyada kecidi - 800-900  metr uzaqlıqdadır.

Ərazidə yaşayış evlərin və məktəbin olması qəza  rıskını daha da artırır. Bununla yanaşı, yolun hər iki tərəfində avtobus dayancağı da qoyulub. Avtobusdan düşən sərinişinlər yolu keçməkdə çətinlik çəkirlər. Elə bunu sürücülər də etiraf edir.

Məsələ ilə bağlı "Azəravtoyol" Açıq Səhimdar Cəmiyyətindən bildirildi ki, ümumilikdə paytaxt  yollarında piyada keçidlərinin tikilməsi ilə bağlı Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komısiyasına təkliflər verilib. Artıq 12 piyada keçidinin tikintisinə start verilib. Həmin yolun üzərində də piyada keçidinin tikilməsi nəzərdə tutulur. (Xezerxeber)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1045

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
61

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
308

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 18:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru