Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2017
09:20
2797
Bu gün 3 Milli Qəhrəmanın ad günüdür

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmət edib, əsgərliyini bitirdikdən sonra yenidən cəbhə bölgəsində hərbi xidmətə qayıdıb, gizir rütbəsində bir sıra əməliyyatlarda iştirak edib, 2010-cu il iyunun 18-də Tərtər rayonu Şiştəpə adlanan ərazidə düşmənin hücumunun dəf edilməsində cəsarətlə vuruşub, sonra tək başına düşmən üzərinə yeriyərək onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub. Düşmənlərdən onun cəsədini yalnız 5 aydan sonra geri almaq mümkün olub. 2010-cu il iyulun 22-də Milli Qəhrəman adına layiq görülüb. Bakıda İkinci fəxri xiyabanda dəfn edilib. Biləsuvar rayonunda adına küçə və orta məktəb var. 

Nazim Qabil oğlu Quliyev 1965-ci il fevralın 7-də Beyləqan rayonu Örənqala kəndində anadan olub. O, 1988-ci ildən Füzuli  ərazisində özünümüdafiə dəstəsinin tərkibində, 1991-ci ildən isə polis (milis) nəfəri kimi düşmənə qarşı rəşadətlə vuruşub, Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndlərinin müdafiəsində xüsusi xidmət göstərib, 1992-ci il yanvarın 9-da Köşbək kəndi yaxınlığında mühasirəyə düşmüş əsgərlərimizin və texnikanın xilas edilməsində sücaət göstərib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb. Füzuli rayonunda dəfn edilib. Füzuli rayonu Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri onun adını daşıyır.

Firuddin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. O, 1991-ci ildən könüllü olaraq cəbhəyə gedib, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri kimi rəşadətlə vuruşub, Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi yaxınlığında gedən ağır döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 7-də Milli Qəhrəman adına layiq görülüb. Qazax şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Qazax şəhərində orta məktəblərdən biri onun adını daşıyır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
55

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
336

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
153

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
66

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
139

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
56
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 07:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru