Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Fevral

2017
20:25
1092
ETSN: Daha 4-5 palçıq vulkanının püskürməsi ehtimal olunur

Bu gün Bakıda püskürən palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu ərazisində yerləşir. Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, palçıq vulkanı bu gün günorta təxminən saat 13-14 radələrində püskürüb.

 

C. Paşayevin sözlərinə görə, "Otmanbozdağ" adlı palçıq vulkanı Səngəçalda deyil, Qaradağ dəmiryol stansiyasından 5 km şimal-qərbdə yerləşir: “Palçıq vulkanı vilayət baxımından Şamaxı-Qobustana aid olub, forma baxımından konus şəklindədir. Vulkanın diametri 300 metrdir. Onun səthində 100-dən artıq qrifon var. Bu zamana qədər 3 püskürmə - 22 yanvar 1845-ci ildə, 1951-ci il və 10 oktyabr 1961-ci ildə qeydə alınıb. Vulkanın xarici etdiyi məhsulların sahəsi 1000 hektardan çoxdur. Həmin məhsulların orta qalınlığı 120 metrdir. İndiyə kimi baş vermiş püskürmələr zamanı 1,2 milyard kub metrdən çox püskürmə məhsulları xaric edilib”.

 

Direktor qeyd edib ki, bu gün vulkanın səthinə qalxmaq təhlükəlidir: “Ona görə proses tam yatandan sonra biz sabah dəqiq ölçmə işləri aparacağıq. Palçıq vulkanına yaxınlıqda yerləşən 4-5 vulkanın da oyanması ehtimal edilir”.  (APA)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru