Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Fevral

2017
14:40
Almaniya polisi: Ölkədə 285 potensial terrorçu var

FaktXəbər-in "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya ərazisində 285 potensial terrorçu yaşayır. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Almaniya polisi bundan əlavə ölkə ərazisində terror aktı törətməyə qadir olan 570 terrorçunun da şəxsiyyətini müəyyənləşdirib.

Qeyd edək ki, Almaniyada 760 cinayət işi üzrə min nəfər barəsində istintaq gedir. 2012-ci ilin rəqəmlərinə əsasən, ölkədən Suriyaya "İŞİD" terror qruplaşmasının sıralarına qatılmaq üçün 900 vətəndaş yollanıb. Onlardan 145-nin ölüm xəbəri gəlib, 280 nəfəri isə Almaniyaya geri qayıdıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 02:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com