Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2017
12:27
Bakıda toy böhranı – bəzi şadlıq sarayları bağlana bilər

Bunu həm şadlıq saraylarının əməkdaşları, həm də şou-biznes nümayəndələri, eləcə də paytaxt sakinləri təsdiq edir. Məlumdur ki, bir neçə il əvvəl yeni şadlıq sarayları artmağa başlamışdı. 

Bəzi mərasim aylarını çıxmaq şərti ilə az qala hər gün şadlıq saraylarında toy olur, səs-küyü ətrafa yayılırdı. Hətta bəzən şəhər sakinləri bu cür obyektlərdən çıxan tüstüdən, səs-küylü musiqi səsindən şikayətlənirdilər. Amma son vaxtlarda bir çox şadlıq saraylarının yerləşdiyi ərazilərdə  səssizlik hökm sürür. Nə çal-çağırlı toy mahnıları eşidilir, nə də bacalardan tüstü çıxır. Bəziləri bunu ölkədə yaşanan son devalvasiya, bəziləri isə ənənəvi olaraq qış mövsümündə toy sifarişlərinin az olması ilə əlaqələndirir. Məlumatlara görə, toy sifarişlərinin az olması ucbatından şadlıq evlərində çoxlu sayda işçi, o cümlədən hətta bir çox tanınmış musiqiçilər ixtisara salınıb.  

Vəziyyəti yaxından öyrənmək üçün bir neçə şadlıq sarayları ilə əlaqə saxladıq. 

Картинки по запросу “Ay işığı” şadlıq sarayı

“Ay işığı” şadlıq sarayının Rauf adlı əməkdaşı “Yeni Müsavat”a açıqlama verərək bildirdi ki, sifarişlər demək olar ki, yox dərəcəsindədir: “Ümumiyyətlə, yanvar-fevral aylarında toylar az olur. İl ərzində yalnız 4-5 ay toy mövsümü yaxşı olur. Yalnız mart ayından başlayaraq toy sifarişlərinin sayı artmağa başlayır. Özünüz də təsəvvür edin, əgər indi toy etmək istəyirsinizsə, hava şəraiti ilə əlaqədar olaraq yollar bağlana bilər, çağırdığınız qonaqlar az gələ bilər və sairə”.

Şadlıq evinin əməkdaşı qeyd etdi ki, iqtisadi böhrana baxmayaraq, menyuların qiymətində və ya keyfiyyətində dəyişiklik edilməyib: “7-8 ilin menyusu ilə işləyirik və qiymətlərdə artım yoxdur”.

Картинки по запросу “İmperator” şadlıq sarayını

“İmperator” şadlıq sarayının  administratoru isə müştərilərdən razı qaldıqlarını bildirdi: “Həm biz müştərilərdən, həm də müştərilər bizdən razıdırlar. Menyularda qiymət artımı yoxdur”.

Картинки по запросу “Monte Karlo” şadlıq sarayı

“Monte Karlo” şadlıq sarayının isə Kənan adlı baş administratoru qeyd etdi ki, sifarişlərdə 30 faiz azalma var: “Əgər əvvəllər bir aya 28 toy sifarişi olurdusa, indi bu rəqəm 18 olub. Bildiyiniz kimi iqtisadi böhran şadlıq sferasına da təsir edib. Amma biz heç bir qiymət artımı etməmişik, halbuki bazarlarda ərzaqların qiymətləri xeyli artıb. Buna baxmayaraq biz öz reytinqimizi qoruyub saxlamaq üçün nə menyuların qiymətlərində, nə də keyfiyyətdə dəyişiklik etməmişik. Əksinə, menyunu daha da zənginləşdirib, keyfiyyətli etmişik. Doğrudur, bu büdcəmizə ziyan vursa da obyektimizin öz statusunu qoruyub saxlaması naminə çalışırıq. Yəni, tərkib olaraq yüksək keyfiyyət və yüksək xidmət öz yerində qalır. Qiymətlərdə razılaşma da olur”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 14:59



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com