Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Fevral

2017
10:57
DYP avtomobil və avtobus sürücülərinə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə növbəti dəfə müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, son 2 gündə əsasən ölkənin dağətəyi və dağ rayonlarında yollar buz bağlayıb: "Bakı-Şamaxı, Ağsu aşırımı, Yevlax, Daşkəsən, Zaqatala, Qax, Lənkləran, Lerik, Quba, Qusar yollarının bəzi hissələrini buz bağlayıb. Buna görə də tövsiyə olunur ki, hər iki oxu aparıcı olmayan, avtomobilləri texniki cəhətdən nasaz olan sürücülər yola çıxmasın".

Sadalanan rayonlarda müvafiq qurumların işçiləri, o cümlədən Yol Patrul Xidmətinin əməkdaşları yol nəqliyyat hərəkətinin tənzimlənməsi üçün ərazilərə cəlb edilib.

“Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə olunmasın. Əks təqdirdə, idarə olunan nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək”.

Kamran Əliyev sərnişin daşıması ilə məşğul olan avtobus sürücülərinə də xəbardarlıq edib: "Ölkə yollarında texniki cəhətdən hazır olmayan avtobuslarda var ki, yollarda xarab olaraq qalır və nəqliyyatın hərkətinə mane olur. Bu səbəbdən, avtobus sürücülərinə də tövsiyə olunur ki, nəqliyyat vasitəsi texniki cəhətdən saz deyilsə yola çıxmasınlar" . (Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16198

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14857

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16246

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15865

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15754

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15885
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 11:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru