Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2017
11:43
Zabrat gölündə suyun səviyyəsi qalxıb, bəzi yerlərdə subasma olub

“Bakı və Abşeron yarımadasında bir neçə ərazidə subasma hadisələri müşahidə olunur”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.

O deyib ki, Sabunçu rayonunun bir neçə qəsəbəsində qurunt sularının səviyyəsinin qalxması ilə əlaqədar subasma hadisələri müşahidə olunur: “Rayonun Maştağa qəsəbəsində daş karxanası adlanan ərazidə, Savalan yaşayış massivində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə subasma hadisələri baş verib. Bəzi ərazilərdə üst (səth) suları, bəzi yerlərdə qurunt sularının ərazini basması müşahidə edilir”.

Nazirlik rəsmisinin sözlərinə görə, Sabunçu rayonunda qurunt sularının çoxalması Zabrat gölünün səviyyəsinin qalxmasına səbəb olub: “Həmin ərazidə çoxlu evlərin tikilməsi, əhalinin orada çox məskunlaşması və ərazidə mərkəzləşmiş kanalizasiya xətti və drenaj şəbəkəsinin olmaması əhalini kustar üsullardan istifadə etməyə məcbur edir. Bu cür üsullardan istifadə də qurunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır”.

R.Həsənov qeyd edib ki, qurunt sularının səviyyəsinin qalxması nəticəsində adı çəkilən ərazilərdə həyatyanı sahələrin, əkin yerlərinin, yolların subasmasına səbəb olub: “Həmin ərazilərdə əhalinin çox hissəsi relyefin çökək hissəsində məskunlaşıb. Bu da həm qurunt sularının, həm də yağış sularının, ümumilikdə atmosfer yağıntılarının oraya, yamacın çökək hissəsinə toplanmasına səbəb olur. Dik yamaclarda, çökək ərazilərdə evlər tikiləndə belə problemlərin yaranması gözləniləndir”.
Onun sözlərinə görə, Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca da subasma hadisəsi baş verib: “Subasma sahələri hazırda aktiv fazadadır, yəni proses davam edir. Yəqin ki, uzun müddət də davam edəcək, çünki qış və yaz aylarında yağmurlu hava şəraiti davam  edir və bu proses də hava şəraiti ilə bağlıdır. Son günlər yağan yağış və qar da Bakı və Abşeron yarımadasına təsirsiz ötüşməyəcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4712

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3202

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2566

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2127
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-04-2020 12:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru