Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2017
11:11
1380
Yol Polisi sürücü və piyadalara xəbərdarlıq etdi - Hava şəraiti ilə bağlı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi havaların kəskin pisləşməsi ilə əlaqədar Bakıda yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə və piyadalara müraciət edib.

Qurumun bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Yol polisi bunu nəzərə alaraq, sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırır: "Şəxsi avtomobillərdən istifadə edənlərə bildiririk ki, sürücülər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddində hava şəraiti və yolun vəziyyəti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə olunmalıdır. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir.

V. Əsədov deyib ki, yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş olunur ki, avtomobil yollarının hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqlara diqqət yetirsinlər. Sürücü və piyadalar hava şəraitindən asılı olmayaraq, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə ciddi əməl etməlidirlər. Bununla onlar öz təhlükəsizliklərini təmin etmiş olurlar. (Trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
591

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
429

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
444

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
491

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
520

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
494

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1092

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
890
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru