Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2017
10:27
1109
Maliyyə Nazirliyi ABB-dəki payını 77%-ə çatdırıb

Maliyyə Nazirliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) nizamnamə kapitalındakı iştirak payını 54,96%-dən 76,73%-dək artırıb. "APA-Economics" Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qurum buna bankın nizamnamə kapitalına əlavə olaraq 600 mln. manatlıq kapital qoyuluşu nəticəsində nail olub.

"Ölkə başçısının müvafiq fərmanına əsasən Maliyyə Nazirliyi ABB-nin sağlamlaşdırılması istiqamətində addımlar atmaqda davam edir", - deyə nazirliyin məlumatında bildirilir.

O da bildirilir ki, hökumət bankın qeyri-işlək aktivlərinin alışını davam etdirəcək.

Bundan öncə ABB-nin yaydığı məlumatda qeyd edilib ki, bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 mln. manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 1 mln. 241 mln. 287 min 247,85 manata çatdırılmış olacaq.

"Nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir", - deyə bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 13:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status