Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Yanvar

2017
15:11
3788
Şuşada doğulmuşdu, Horadizdə şəhid oldu - VİDEO
Şəhid Çingiz Cəfərovun həyat yolu barədə ailəsinin danışdıqları

Hörmətli oxucular! FaktXəbər olaraq Azərbaycanın şəhid oğulları ilə bağlı yeni layihəyə başlayırıq. Bu layihədə torpaqlarımızın qorunması uğrunda canlarından keçən şəhidlərimizin həyat yolu barədə danışacaq, onları ailə üzvləri və döyüş yoldaşları ilə söhbətlər edəcəyik. Siz oxuculardan da istəyimiz odur ki, bu işdə bizə yardımçı olasınız. Dost-tanışlarınız, qohumlarınız arasında olan şəhid ailələri ilə bizim görüşümüz təşkil edəsiniz.

Keçdiyi həyat yolu barədə danışacağımız ilk şəhidimiz Qarabağ müharibəsi iştirakçısı, "Vətən uğrunda" medalı ilə təltif edilmiş Çingiz Cəfərovdur.

Çingiz Binnət oğlu Cəfərov 1960-cı il martın 23-də Şuşa şəhərində anadan olub. 1977-ci ildə Şuşa şəhərindəki 3 saylı orta internat məktəbini bitirib. 1978-1980-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis olunduqdan sonra Şuşa şəhərindəki 92 saylı tikinti idarəsində bənna işləyib.

1986-cı ildə Tbilisi şəhərində 3 aylıq zabitlik kursunu bitirmiş, 1987-ci ildə isə Gəncədə hərbi hazırlıq qərargahında 25 günlük kurs keçmişdir. 1991-ci ilin noyabr ayında Şuşa ərazi müdafiə bataliyonunda rota komandiri olmuş, sonra batalyonun komandir müavininə qədər yüksəlmişdir.

Həkimlər səhhətinin pisləşməsi ilə əlaqədar hərbi xidmətini davam etdirməyə icazə verməsələr də, Çingiz bununla razılaşmamış və yenidən cəbhəyə yola düşmüşdür. Çingiz Şuşa ətrafında. Nəbilər, Qaybalı, Kərkicahan, Kosalar kəndlərində ağır döyüşlərdən keçmişdir. 

Çingiz Füzuli rayonu ərazisində Horadiz qəsəbəsinin, rayonun bir sıra kəndlərinin azad olunmasında əsl qəhrəmanlıqlar göstərib.

1994-cü il yanvarın 23-də Horadiz qəsəbəsi istiqamətində gedən ağır döyülərdə Çingiz düşmənin 7 tankını, 300-ə yaxın canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib, özü isə qəhrəmancasına həlak olub.

Çingiz ailəli idi. Onun üç övladı yadigar qalıb.

Məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il sərəncamı ilə polis leytenantı Cəfərov Çingiz Binnət oğlu - "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1132

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
312

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 23:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru