Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Yanvar

2017
21:31
1795
Bu yolda radara düşən sürücülər cərimələnə bilməz - Radarlarınızı sildirin - VİDEO

Hazırda aeroport şossesinin bir neçə yerində quraşdırılan radarlar vasitəsilə hər gün onlarla sürücü cərimələnir. Mütəxəssislər isə bu radarlarla sürücülərin cərimələnməsini qanunsuz hesab edir və bu radarlara əsasən tərtib edilən protokolların silinə biləcəyini bildirir. Çünki həmin radardarlardan əvvəl heç bir xəbərdaredici nişan quraşdırılmayıb və bu hal yol hərəkəti haqqında qanuna ziddir.

Sürətli yolun bir neçə yerində radarlar quraşdırılsa da, mütəxəssislər bu radarları qanunsuz hesab edir. Çünki radarlar quraşdırılarkən yol hərəkəti haqqinda  qanunun tələbləri pozulub. Söhbət hər gün minllərlə avtomobilin hərəkət etdiyi paytaxtdakı  aeroport şossesindən gedir.

Bu yolda sürət həddi yol nişanı ilə yox, elektron tablolarla göstərilir ki, belə tablolar radardan əvvəl yox, radarlarla bir yerdə qoyulub.

Yol hərəkəti üzrə mütəxəssis Tural Yusifov bildirir ki, bu yolda sürücülərin avtomobili yüksək sürətlə idarə etməsi tövsiyyə olunmasa da, onlar bu yolda xəta etdiyi üçün tərtib edilən protokol silinə bilər.

Eyni hal Zığ şossesində quraşdırılan bəzi radarların ətrafında da yaşanır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, radarlar quraşdırılarkən bütün normalara əməl edilir. Əgər sürücülərin şikayəti varsa, yol polisinə müraciət edə bilərlər. (Xezerxeber.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
65

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
606

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
436

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
455

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
499

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
527

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
503

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 09:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru