Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2017
15:09
1925
Azərbaycanda yol polisi sürücünü ələ salıb ağlatdı - VİDEO

Azərbaycanda yol polisi əməkdaşının sürücüyə qarşı qeyri-insani davranışını əks etdirən video yayılıb. Sosial şəbəkələrdə yayılan bu videonu yol polisi əməkdaşı özü çəkib, onu yayan isə həmin polisin sevgilisi olub.

Hadisə DYP-nin Sabirabad postunda baş verib. 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkərək sevgilisinə göndərib. DYP əməkdaşı sürücünü polisin "saxla" işarəsinə əməl etməməkdə suçlayır, sürücü isə "görmədim, tanımadım" deyə-deyə onlara yalvarmağa başlayır. Polis əməkdaşı sürücünün ünvanına qeyri-etik sözlər də işlədərək onu 700 manat cərimə edəcəyini bildirir. Videodan belə anlaşılır ki, bu sürücü yük avtomobili idarə edir. Və o, yol polisinin "saxla" işarəsinə əməl etməyərək hərəkəti davam etdirib. Onun bu hərəkəti heç də təqdir olunası hal deyil. Sürücü özü də etiraf edir ki, "elə bildim, İmişli "QAİ"sidir, ona görə dayanmadım".
 
Yəni, özü də etiraf edir ki, polisə tabe olmayıb. Əgər belədirsə və yükdaşıma qaydalarını pozubsa, heç şübhəsiz ki, onu mütləq cəzalandırmaq lazımdır. Lakin yol polisi əməkdaşının sürücünün yazıq görkəm alıb yalvarmasını, ağlamasını telefonla çəkib görüşdüyü qadına göndərməsi cəzasız qalmamalıdır. (avtosfer)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
150

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
890

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
110

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
242

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
122

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
176
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 22:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru