Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2017
12:28
2645
CHP-li deputat: `Cəfərilər də terrorçu elan edildilər`

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyət çərçivəsində hazırlanan 683 nömrəli qərara əsasən ölkədə fəaliyyət göstərən çoxlu sayda telekanal və dövlət müəssisələrinin böağlandığı barədə xəbər vermişdik. Xatırladaq ki, dünən də ictimaiyyətdə "Cəfərilərin televiziyası" kimi tanınan ON4 TV və Kanal-12-nin də qapısına qıfıl vurulmuşdu. FaktXəbər-in "Cümhuriyyət"ə istinadla verdiyi məlumata görə, KHK-nin (Qanun Hökmündə Sərəncamlar) bu qərarı ictimaiyyətdə və siyasi dairələrdə kəskin reaksiyalara səbəb olub.

Belə ki, Türkiyənin ana müxalifət partiyası olan CHP-li Barış  Yarkadaş "Hökumət bu qərarı ilə  cəfəriləri də terrorçularlabir tutduğunu göstərdi", - deyib. 

CHP Media Komissiyasının üzvü Yarkadaş 683 saylı KHK ilə qapısına kilid vurulan Kanal-12 ilə ON4 TV-nin Türkiyədə yaşayan  cəfərilər üçün verilişlər hazırladığını xatırladıb: "AKP kimi düşünməyən hərkəs terroçu və terrora  yardım edənlər kimi elan edilirlər. Hər iki kanal da bu iddia ilə bağlanıb. Bəs bunu iddia edənlərin sübutu hanı?"

RTÜK (Radyo ve Televizyon Üst Kurulu) adı keçən kanalların bağlanmasından xəbəri belə olmadığını  deyən Yarkadaş sözlərinə belə davam edib: "Tək Adam rejimi, süni şəkildə də olsa belə, artıq qurumların  qərarlarına ehtiyac duymur. Türkiyədə "cəfərilərin səsi" olan hər iki kanalın  bağlanması diqqət çəkən mövzudur. AKP özünün din anlayışı xaricində  heç bir ənənəyə yaşamaq haqqı vermir"

"Cəfəri inancına sahib təqribən iki milyon insan bu qərarla birlikdə "potensial  terrorçu" dairəsinə alınıb. AKP təhlükəli oyun oynayır", - deyən  Yarkadaş, kanalların yenidən açılması üçün  hökumət nəzdində müraciət edəcəklərini bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
202

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
93

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
111

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
563

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
125

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
255

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 22:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru