Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2017
20:29
1308
Məcburi köçkünlər üçün vahid aylıq müavinət haqqında fərman imzanıb

Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb.

 

Fərmanda deyilir: "Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinəti müəyyən edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Amerika dolları ucuzlaşdıra bilər - SƏBƏB

26

İyun
21:20
İQTİSADİYYAT
1167

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1473

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1993

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2075

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2174

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1868

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
594

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
172
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 02:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru