İşıq pulunu belə hesabla və qənaət et! – Virtual kalkulyator - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Yanvar

2017
21:26
1817
İşıq pulunu belə hesabla və qənaət et! – Virtual kalkulyator - VİDEO

Artıq siz yeni hesablayıcı vasitə ilə mənzilinizdə elektrik enerjisinə qənat edə biləcəksiz. Bakı şəhər sakini Vahid Qasımov hamının işinə yarayacaq "Excel" faylı hazırlayıb. Bu fayl vasitəsi ilə evdə istifadə etdiyiniz məişət avadanlıqlarının və elektrik cihazlarının ayda nə qədər elektrik enerjisi sərf etdiyini təxmini hesablamaq mümkündür.

Virtual kalkulyator həmçinin əhaliyə enerjiyə qənaət etməyin də yollarını təklfi edəcək. Siz bu kalkulyatorun köməyindən istifadə etməklə hansı cihazı daha səmərəli işlədərək enerjiyə qənaət edə biləcəyinizi müəyyənləşdirəcəksiniz.

Belə ki, siz istifadə etdiyiniz məişət cihazının adını, onun gücünü və həmin cihazı ayda təxminən neçə saat işlətdiyinizi kalkulyatorun müvafiq bölmələrinə qeyd edirsiniz. Virtual kalkulyator isə sizin cihazınızın ayda nə qədər elektrik enerjisi istifadə etdiyinizi təxmini hesablayır.

Bu kalkulyatoru əldə etmək isə çox asandır. Vahid Qasımov sosial şəbəkədəki öz profilində kalkulyatorun linkini yerləşdirib.(xezerxeber.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 15:23



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com